Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilib

5/5

  • Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon təhsil, gənclər və idman idarələrinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində ekoloji düşüncə ailədən başlayır şüarı alıtında maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə işçiləri, Xocalı şəhər 4 saylı tam orta məktəb və Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər.
    Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva və digər natiqlər bildiriliblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Ulu öndərimizin bütün sahələrdə siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda ailə dəyərlərinin möhkəmliyinin qorunması, Azərbaycan ailəsinin rifah halının günü-gündən yaxşılaşdırılması istiqamətində məqsədyönlü iş aparır. Bu gün ölkəmizdə gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha uğurla hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

    Tədbir diskussiya və dialoq şəklində davam etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

    Sonda ailə dəyərləri haqqında videoçarx nümayiş etdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib223 dəfə
    15 may beynəlxalq ailə günü münasibəti ilə tədbir keçirilib

    Maraqlı gələ bilər
    0
    51
    58