Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Xocalı rayon gənclərinin toplantısı keçirilib

10/5

  • Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərinin toplantısı keçirilib.
    Xocalı rayon İcra Hakimiyyətinin, Xocalı rayon üzrə gənclər və idman sektorunun və Xocalı rayon Mədəniyyət Evinin birgə təşkilatçılğı ilə keçirilən tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidənin önünə gül dəstələri düzüblər.
    Xocalı rayon Mədəniyyət evində davam etdirilən tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun müdiri Elməddin Bağırov dövlət gənclər siyasətindən danşıb, rayon gənclərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
    Tədbirin sonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı videoçarx təqdim edilib və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri diplomlar təqdim edilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib145 dəfə
    2 fevral azərbaycan gəncləri günü münasibəti ilə xocalı rayon gənclərinin toplantısı keçirilib

    Maraqlı gələ bilər
    45
    0