Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir

0

  • 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdı. O gün xalq öz azadlığı uğrunda mübarizəyə qalxdı imperiya zəncirlərindən birdəfəlik qurtulmaq üçün. Lakin son nəfəsini verməkdə olan Sovet imperiyası ətrafa yalnız ölüm qan saçırdı. O zaman Sovet dövlətinin tərkibində olan xalqlar imperiyanın dırnaqarası desək fəaliyyətindən öz nəsiblərini almışdılar. Azərbaycan xalqı da 20 yanvar kecəsi Sovet imperiyasının çirkin iyrənc üzününün bir daha canlı şahidi oldu. Dəhşətli gecədə yüzlərlə azərbaycanlı vəhşicəsinə imperiyanın öz hökmranlığını qorumaq naminə amansızlıqla şəhid edildilər. Bəli, o qanlı faciədən 34 il keçməsinə baxmayaraq, xalqımız 20 yanvar şəhidlərini heç zaman unutmadı, unutdurmadı. Çünki onlar Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş ilk qəhrəmanlarımız idilər. Onların sayəsində Azərbaycan dövləti öz müstəqilliyini elan etdi, 70 illik əsarətdən xilas oldu. 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir. Biz bu qəhrəmanlıq dastanını gələcək nəsillərə ötürülməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu bizim həm vətəndaşlıq borcumuz, həmçinin qürur mənbəyimizdir. Ulu Öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinin layiqli hüquqi qiymətini vermişdir. Ulu Öndərimiz faciə baş verdiyi andan etibarən öz həyatını təhlükəyə ataraq hələ o dövrdə sovetlər birliyinin ən təhlükəli olduğu dövrdə Moskvada heçnədən çəkinməyərək 20 Yanvar hadisəsini pisləyərək günahkarları, xüsusilə də ermənipərəst mövqeyi ilə seçilən Mixail Qarbaçovu tənqid etmişdir. 20 Yanvar faciəsi xalqımızın milli ruhunun oyanmasında azadlıq mübarizəmizin alovlanmasında müstəsna rol oynamışdır. Əsrlər keçsə də xalqımız 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq. Onlar bizim şanlı qəhrəmanlıq simvolumuzdur. Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun.
    Anar Əbdülov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib237 dəfə
    20 yanvar faciəsi xalqımızın şərəf qəhrəmanlıq salnaməsidir

    Maraqlı gələ bilər
    52
    1
    70
    62