1990-cı il 20 yanvar günü Azərbaycanın tarixinə Qanlı yanvar faciəsi kimi daxil olub. Xalqımız 34 il keçməsinə baxmayaraq, indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. 20 yanvar faciəsi tariximizə faciəli gün kimi daxil olması ilə bərabər xalqımızın qəhrəmanlıq səhifəsi kimi də daxil olub. Azərbaycanın vətənpərvər övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımız qorxunc sovet ordusuna qarşı öz canlarını sipər etmişdir, Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda, müstəqilliyi uğrunda savaşnışdır. Azərbaycan xalqı anlayırdı ki, SSRİ dövləti Azərbaycana heç bir köməklik etməyəcək. Çünki həmin dövrdə azğınlaşan ermənilərin törətdiyi işğalçılıqlarına və əməllərinə göz yumurdu. Çıxış yolu yalnız müstəqillik əldə etməkdir. İmperiya isə azadlıq istəyən xalqa gizli qızğın planı hazırlatdı. Həmin dövrdə SSRİ-nin rəhbəri olan M.Qarbaçov imperiyanın dağılmasının qarşısını almaq üçün, həmçinin də xalqımıza "dərs vermək" məqsədi ilə Bakını qan gölünə çevirmək qərarına gəlmişdi. Bakı ətrafına silahlanmış qoşun gətirildi. Yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında" fərman verildi və bu fərman gizlin tutularaq xalqa bildirilmədi. Yanvarın 19-u gecə 00:00-dan etibarən fərman qüvvəyə minən kimi xalqa divan tutulmağa başlanıldı.
Ağır texnikalar Bakıya yeridildi. Avtomat silahlardan əliyalın insanlar atəşə tutuldu.
Tanklar içi adamla dolu olan maşınların üstünə yeridildi. Qoca, qadın, uşaq fərqinə varmadan qanına qəltan edildi. Hətta yaralanmış və ölmüş günahsız insanlara yenidən atəşə tutulurdu.
Heç bir təcili yardım maşınlarına icazə verilmirdi ki, yaralıya yaxud ölmüş insanlara kömək edilsin. Xəstəxanalar dövrəyə alınaraq giriş və çıxışa qadağalar qoyuldu. Rus hərbiçiləri yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, pis görkəmə salırdılar. İnsanlıqdan kənar vəhşilik törədirdilər. Bu vəhşiliklərin nəticəsi olaraq Bakı və ətrafyanı ərazilərdə 130-dan çox insan qətlə yetirildi, 744 nəfər yandırıldı, 841 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Yenə də Sovet dövləti Azərbaycan xalqının əzmini qıra bilmədi. Xalqımız birləşərək müstəqilliyimizə doğru irəlilədi. Azərbaycan xalqı canından keçmiş şəhidlik zirvəsinə ucalmış, Vətən övladlarını heç vaxt unutmadı və unutmayacaq. 20 Yanvar qəhrəmanlıq faciəmizi gələcək nəsillərimizdə unutmamalıdır. Çünki,
"UNUDULMUŞ TARİXİ OLAN BİR XALQIN HEÇ VAXT MÜSTƏQİL GƏLƏCƏYİ OLMAYACAQDIR"
Arzu Orucova
Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi