Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
21 yaşında “Rəşadət” ordenli qəhrəman

0

  • Aqilin cəmi 21 yaşı vardı. Amma onun elə böyük qəlbi vardı ki, doğmaları ondan qürurla danışmaqdan doymurlar. Aqil şir ürəkli xüsusi təyinatlı əsgər idi, o 28 gün Vətən müharibəsində düşmənlə savaşdı. Qardaşıyla danışanda demişdi ki, biz hücuma keçirik, hər şey ola bilər və ona dönə-dönə tapşırır ki, ata-anasına bu barədə heç nə deməsin... İndi anası onun şəkillərinə baxıb gülümsəyir. Bilir ki, şəhidlər ölmürlər, o görməsə də, oğlu da hardansa ona baxıb gülümsəyir... Doğmalarının tək təsəllisi Aqilin şəhid olmasıdır. Yoxsa bu boyda dağı kim qaldıra bilərdi ki...

    Bu gün Vətən Müharibsinin qəhrəman şəhidi, xüsusi təyinatlı əsgər Aqil Mehman oğlu Mirzəliyevin doğum günüdür. O, 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuran Aqil qəbul imtahanında 613 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə universitetdən məzun olub, daha sonra isə hərbi xidmətə yollanmışdı...
    Azərbaycan Ordusunun əsgəri olan Aqil Mirzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.
    Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb və oktyabr ayının 23-də böyük izdihamla Şəhidlər Xiyabanında dəfn edilib.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Aqil Mirzəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad oluunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.
    Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Aqil balamız!

    Mina RƏŞİD

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib18 dəfə
    21 yaşında “Rəşadət” ordenli qəhrəman

    Maraqlı gələ bilər
    45
    50