28 May - Respublika Günü şanlı tariximizə qızıl həriflərlə həkk olunmuş hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan tarixi, mədəniyyəti, dili, sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik hüquqi dünyəvi və parlamentli respublikasını yaradıb. 1918-ci il mayın 27-də Zaqafaziya Müsəlman özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da əslində Azərbaycanın tarixində parlamentli respublikanı bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının reyaset heyyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyənnaməsi qəbul edildi. Azərbaycn Xalq Cumhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yaradıcılıq dövrü üçün inqilab sayılan bir çox ünsürləri ehtiva edən dölət nüçunəsi olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli və siyasi şurasının yüksək mədəniyyətinin nəticəsi idi. Cumhuriyyətin ömrü uzun olmasada qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bildi. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi Azərbyacan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddüaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi.
Demokratik hüquq və azadlıqların etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanıması, hətda bir çox Avropa ölkəsində daha əvvəl qadına seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişaına xüsusi diqqət göstərilməsi həyata keçirimiş digər işlərin həmin dövr üçün atılmış böyük addımlar idi. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Respublikasının Ali Məclisinin sessiyasında rəmi dövlət bayrağı kimi qaldırıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, dövlətdə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Ülviyyə Haqverdiyeva,
Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov adına 6№li Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi Uşaq Birliyi Rəhbəri