Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir

5/5

  • 28 May - Müstəqillik Günü necə də gözəl səslənir. Bu gün mən bir Azərbaycan Respublikası vətəndaşı olaraq, bu məqaləni böyük fəxr və qürur hissi ilə yazıram. Çünki bu gün mən qürur hissi ilə deyirəm ki, Bütöv Azərbaycanın, ərazi bütövlüyünü tamamilə bərpa etmiş bir ölkənin vətəndaşıyam. Və bu ölkənin Müstəqillik Günü haqqında məqalə yazmaq mənim üçün böyük bir qurur verir. 28 May şanlı tariximizə qızıl hərflərlə həkk olmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi, herbi şəraitdə əsarət altında yaşayan, tarixi, dini, dili, mədəniyyəti sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Bu günün yaranma tarixi Mayın 28-də Milli Şurasının iclasinda istiqlal Bəyannaməsinin qəbul edilməsi ilə başlandı. Azərbaycan Xalq Cumhuriyyetinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərinin özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksek mədəniyyətinin nəticəsi idi. Cumhuriyyetin ömrü az olsa da, uzun olmasa da qısa bir müddət, 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət gerbi, himni, bayrağı, milli ordu ve Azərbaycan vətəndaşlığı təsis edilib. Demokratik hüquq ve azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərhüquqlu olması, hətta bir çox Avropa ölkələrindən öncə qadınlara seçki hüquqlarının verilməsi Azərbaycan dilinin dövlət dili olması təhsil ve mədəniyyətin inkişafında xususi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi. Cumhuriyyet çox az müddət mövcud olsa da, xalqımızın milli vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Bu gün biz müstəqil yaşayırıqsa, bizim müstəqil dilimiz, dinimiz varsa, bunun başlıca mənbəyi 1918-ci ci il 28 mayda yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dayanır. Tarixi keçmişimizə nəzər saldıqda Azərbaycanın nə qədər uzun bir tarixi yol keçdiyini görürük. O yolki, o yollarda minlərlə şəhid vermişik, o yolki o yollarda bizim babalarımızın qanı hesabına yoğrulan torpaqlarımız olub. Biz bu gün əgər müstəqil şəkildə öz ana dilimizdə yazıb oxuya biliriksə, təhsil ala biliriksə, mədəniyyətimizi bütün dünyada tanıda biliriksə, musiqimizlə dünya xalqlarının qəlbinə yol tapa biliriksə, bunun üçün biz bu Respublikanın qurucusu Ulu öndər Heydər Əliyevə hər zaman təşəkkür edib, bir ömür boyu ona borclu olduğumuzu unutmamalıyıq. Bu gün öz ərazi bütövlüyümüzü bərpa edib Bütov Azərbaycan adı altında birləşmişiksə, üzərimizdən məcburi köçkün statusu götürülübsə, biz Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarına öz təşəkkürümüzü bildiririk. O Ali Baş Komandanki 30 il işğal altında olan, insanlarin sinəsində 30 ildən artıq yara qoyan Qarabağ torpaqlarını 44 günə düşmən tapdağından azad edən bir Sərkərdə. Bu gün müstəqil Azərbaycan haqqında sonsuz sayda məqalələr, sonsuz sayda cümlələr qurub dastanlar yazmaq olar. Ulu öndər Heydər Əliyev demişkən mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam! Müstəqillik Günün mübarək, Vətən. Sənə yalnız qələbələr yaraşır.
    Leyla Məmmədova,
    Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin Cografiya müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib218 dəfə
    28 May Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir

    Maraqlı gələ bilər
    410
    136
    69