Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
28 May - Müstəqillik Günü tariximizin şanlı və parlaq səhifələrindəndir

0

  • Bu gün də bayram olaraq qeyd etdiyimiz 28 May müstəqillik günü 1918-ci il may ayının 28-də elan olunmuşdur. 1918-ci ilə qədər uzun müddət çar rusiyasının əsarətində yaşamış xalqımız öz dövlətçilik ənənələrinin unutmamış,azadlığını bərpa etmək üçün lazımi şəraiti səbrlə gözləmişdir. Həmin dövrün aparıcı ziyalıları canı və qanı bahasına milli oyanış uğrunda mübarizə aparmış, qadağan olunmasına baxmayaraq ən ucqar kəndlərimizdən inkişaf etmiş şəhərlərimizə qədər insanlar arasında inqilabi ruh yaratmış,şüurlarda azadlıq və əsarətin fərqinə işıq salmışlar .
    1905-ci ildən 1918-ci ilə qədər törədilən faciələr xalqımızın mübarizə əzmini heç də qırmamış əksinə muxtariyyətə və bolşevizmə olan ümidlərinə zərbə vurmuş, müstəqil dövlətin yaradılması zərurətini ortaya qoymuşdur.
    Nəhayət ağır və uzun bir dirənişin nəticəsi olaraq Məmmədəmin Rəsulzadə tərəfindən 1918-ci il may ayının 28-də tarixi torpağımız olan tiflis şəhərində istiqlal bəyannaməsi qəbul olunaraq AXC-nin yaradılması elan olunmuşdur.
    şŞərqin ilk demokratik respublikası olan Azərbaycan xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdir. Qısa bir dövr yaşamasına baxmayaraq xalq və dövlət xeyrinə yüzlərlə qanun qəbul olunmuş, mütərəqqi islahatlar həyata keçirilmişdir. Dilindən, dinindən, cinsindən və irqindən asılı olmayaraq vətəndaşlara bərabərlik hüququ verilmişdir.İlk parlament və hökümət formalaşdırılmış açıq səs vermə yolu ilə həmin idarə orqanlarına ilk seçkilər keçirilmişdir. Məktəblər milliləşdirilmiş, zavod və fabriklər əvvəlki sahiblərinə qaytarılmış, azad sahibkarlığa dövlət dəstəyi reallaşdırılmışdır. Qəzet və jurnallar üzərindən lisenziya ləğv olunmuş, siyasi partiyaların açıq fəaliyyətinə icazə verilmişdir. Bölgələrdə kütləvi qırğınların qarşısı alınmış, işğalçı qüvvələr qovulmuş, hər bir şəhər və kəndlərimizdə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti bərqərar olunmuşdur.
    Müstəqilliyi həmin dövrün nüfuzlu dövlətləri tərəfindən tanınmış AXC nəhayət 1920-ci il aprel ayının 28-də sovet qüvvələrinin təcavüzünə məruz qalmış və fəaliyyətinə son qoyulmuşdur.
    Qısa yaşamasına baxmayaraq AXC azadlığı xalqımıza daddırmış, dövlətçilik prinsiplərimizin unudulmaması üçün önəmli tarixi bir iz qoymuşdur.
    Növbəti müstəqilliyimizi 1990-cı illərdə təkrar hakimiyyəti bərpa olunmuş ULU ÖNDƏR HEYDƏR ƏLİYEV uzun müddətli sabitliyi bərpa etmiş, davamlı işğala son qoymuş ,atəşkəsə imza atmaqla xalqımızın növbəti kütləvi qırğınlardan qorumuş, mərkəzləşdirilmiş dövlət aparatını qurmaqla siyasi pərakəndəliyin qarşısını almış, vətəndaş müharibəsinə son qoymuşdur.
    Azərbaycan Xalq Cümhuriyyətinin yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi; "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycanın Dövlət müstəqilliyi günü- Respublika günü elan etmişik və bu, bizim milli bayramımızdır".
    Ulu Öndər Heydər Əliyevin hər bir siyasətini uğurla davam etdirən bu günkü müstəqil Azərbaycan respublikasının Müzəffər Ali Baş komandanı olan İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yüksək şəkildə qiymətləndirilməsi davam etdirilmiş, onun təşəbbüsü ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdur.
    Və sonda 44 günlük Vətən müharibəsi iştirakçısı kimi 28 May Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.
    Qoşqar Orucov,
    Xocalı şəhər 5 - saylı tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib175 dəfə
    28 May Müstəqillik Günü tariximizin şanlı parlaq səhifələrindəndir

    Maraqlı gələ bilər
    46
    13
    53
    40
    102