Britaniyanın "Brettells" hərrac evində 285 illik limon satılıb.
xocalininsesi.az axşam.az-a istinadən bildirir ki, xarab olan meyvə anonim alıcıya 1780 dollara başa gəlib.
Limon uzun illər 19-cu əsrə aid olan şkafda qalıb. Sitrus bitkisi mebelə baxış zamanı çəkməcələrdən birində aşkar olunub.
Limonun üzərində isə P.Lou Françini tərəfindən 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi haqda yazı olub.
Hərrac evinin rəhbəri David Brettell qeyd edib ki, meyvənin tam qurumasına baxmayaraq, gözlənilmədən 285 il ərzində yaxşı qalıb.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/interest/1180394.html