Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalını qucaqlayan lalələr...

0

  • Burda qırmızı lalələr
    Saya gəlməz, Xocalı...
    Sən ay qırmızı köynəklim,
    Dərd köhnəlməz, Xocalı!

    Gözümüzün biri gülər,
    Biri ağlar, Xocalı.
    Bu lalələr min dərdimə
    Məlhəm olar, Xocalı!

    Bu laləzar qırğınlara,
    Qadalara “Yox!”, - deyər.
    Düşmənə meydan oxuyar,
    “Gözəlliyə bax!”, - deyər...

    Şəhid ruhlarını oxşar,
    Məzarları qucaqlar.
    Lalə deyər, burda yenə
    Gur yanacaq ocaqlar...

    Bəzən sözün tükəndiyi yerdə çiçəklər açarmış. Bəli, bu gün al qırmızı lalələrin adı belə qəlbimizi titrədən Xocalıdakı yaratdığı möcüzələr kimi... Bu gün sosial şəbəkələrdə, saytlarda, jurnal və qəzetlərimizdə səhifələr Xocalını qucaqlayan laləzarın görüntülərini yaymaqdadır. Sanki Xocalı yaramıza məlhəm kimi açılıb bu məsum, mərdanə duruşlu lalələr. Xocalıda zalım düşmənə meydan oxuyur lalə dənizi...
    Bəli, Xocalı faciəsi heç vaxt unudulmayacaq, bu al qırmızı lalələr də şəhid ruhlarına, onların bilinən və bilinməyən məzarlarına Salam kimi bu gün Xocalını bağrına basıb.
    Bu gün Xocalı azaddır. Xocalı yenə də bizimdir. Yaşasın bu Qələbəni, bu gözəlliyi bizə yaşadan Müzəffər Ordumuz, Ali Baş Komandanımız, Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzu edirik.
    MİNA RƏŞİD,
    Yazıçı-jurnalist
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib240 dəfə
    29.04.2024 13:55xocalını qucaqlayan lalələr...

    Maraqlı gələ bilər
    65
    66