Zəfər - hər xalqa mənsub olmayan, özündə bütün ali dəyərləri ehtiva edən ən şərəfli məqamdır. Bu şərəfli məqama yüksəliş nə qədər keçilməz sədli, aşılmaz maneəli olsada,onu əldə etmək bir o qədər möhtəşəmdir. Azərbaycan xalqıda taleyinə öz əzmi, sarsılmaz gücü ilə zəfər yazdıran şanlı xalqdır. Tarixən misilsiz qələbələr qazansa da, özünün ən möhtəşəm zəfərini yenilməz sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandı. 8 noyabr 2020-ci il - bu tarix çoxdan gözlənilən zəfərin qazanıldığı gün, bir xalqın həsrət və acısının sona çatdığı an idi. 27 sentyabr 2020 - ci il erməni təxribatlarının qarşını almaq, erməni təcavüzü nəticəsində itirilmiş torpaqları geri qaytarmaq məqsədi ilə Azərbaycan ordusunun əks - həmlə hücum əməliyyatı başladı. Prezident İlham Əliyevin "sona kimi gedəcəyik" ifadəsi xalqın hər bir nümayəndəsinin qəlbində çoxdan sönmüş ümid işığını oyandırdı. İllərlə səbrlə gözlənilən, amma danışıqlarda heç bir həllini tapmayan Qarabağ problemini Azərbaycan ordusu öz gücü ilə həll edirdi. Başladığı ilk gündən xalq -prezident birliyinə arxalanan ordunun gücü düşməni darmadağın edirdi. Azərbaycan xalqı hər bir anda arxa cəbhədə öz sevgisini, dəstəyini öz əsgərinə hiss etdirirdi. Bitməyən düşmən hiyləsi və təxribatı zəfərə gedən bu yolda xalqımızın mübarizə əzmini qırmağa çalışsada buna nail ola bilmədi. Çünki xalq bu zəfəri bütün haqsızlıqları və çətinlikləri ilə birgə 30 il müddətinə gözləmişdi.Hər gün Ali baş komandanın çatdırdığı torpaqların geri qayıtarılması xəbərini gözləyən xalq, tezliklə bu ərazilərə qayıtmağın sevinci ilə yaşayırdı. Bütün dünyanın həsədlə izlədiyi bu şanlı mübarizə dünya gündəminin ən aktual mövzusu idi. Düşmənə havadarlıq edən qüvvələrin hər anda bu şanlı mübarizəyə maneə olmaq cəhdləri zəfərə maneə ola bilmedi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və apardığı siyasəti bu qüvvələrin hər birini yerində otuzdururdu.
44 gün ərzində ordumuz 5 şəhər, 4 qəsəbə 286 kənd azad etdi. 10 noyabr 2020 -ci il darmadağın edilmiş düşmən kaptulyasiya aktına imza atmağa məcbur edildi. Artıq Azərbaycan səsini bütün dünyaya öz gücü ilə çatdırırdı. İham Əliyevin Qarabağın azad olunması, düşmənin tamamilə məhv edilməsi xəbərini eşidən xalq coşqu ilə bu zəfər günün sevincini yaşayırdı. Artıq xalqımızın bayramlarda istifadə etdiyi "O gün olsun gələn il bu vaxtı Qarabağda qeyd edək ifadəsi" tarixə qovuşurdu. Artıq müqəddəs Qarabağ torpağı öz sakinlərinin qayıdışını gözləyirdi. Bu gün Azərbaycan bayrağı bütün Qarabağ səmasında qürurla dalğalandırdı. Bu gün Azərbaycan xalqı 8 noyabr tarixini zəfər bayramını bütöv və bölünməz Azərbaycanda qeydə edir. Zəfər şanlı Azərbaycan xalqına çox yaraşır.!
Natəvan Quliyeva,
Xocalı rayon gənci