Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri Ilə görüş keçirildi

0

  • 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Xocalı Rayon İcra Hakimiyyəti başçısı başçısının müavini Lamiyə Qarayeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin sədri Yaşar Salahov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri İsmayıl Hacıyev və digər şəxslər rayonumuzda olan şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilə görüşüb.
    Lamiyə Qarayeva görüşlərdə bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətli olduğunu qeyd edib. Ölkəmizdə qadınlara yaradılan şəraitdən danışan Lamiyə Qarayeva bildirib ki, bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması Cənab Prezidentimizin yürütdüyü siyasət, Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır.
    Sonda şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladlarına bayram hədiyyələri təqdim edilib və onlarla birgə xatirə şəkilləri çəkdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib144 dəfə
    8 mart beynəlxalq qadınlar günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi

    Maraqlı gələ bilər
    48
    49
    72