Dövlətçiliyimizin Qürur Rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, ölkəmizin tarixində xüsusi bir yerə sahib olan, millətimizin müstəqillik simvolu, qürur və azadlıq rəmzi olan bayrağımıza olan ehtiramın ifadəsidir. Hər il 9 noyabrda bu gün qeyd edilir və dövlətin müstəqilliyinə, suverenliyinə hörmətin bir göstəricisi olaraq ölkəmizin hər yerində müxtəlif tədbirlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən, bu gün ölkədə dövlət bayrağına olan hörmət və ehtiramın artırılması məqsədilə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram, həm də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının tarixə düşməsi və müstəqil Azərbaycan dövlətinin simvolu olaraq qəbul edilməsi ilə əlaqədardır.
Dövlət Bayrağı Günü, yalnız bir rəmzin, bir simbolun qeyd olunması deyil, həm də xalqımızın müstəqillik ideallarına sadiqliyini, dövlətçilik ənənələrinin davam etdirilməsini və bayrağımıza duyulan hörməti ifadə edən mühüm bir bayramdır. Bu günün qeyd edilməsi, Azərbaycanın dövlətçilik yolunun, milli mübarizəsinin və azadlıq mücadiləsinin şanlı tarixini təzədən xatırlamağa və gələcək nəsillərə ötürməyə xidmət edir.
Bəxtiyar Əhmədov,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi