AFFA millinin baş məşqçi postuna mütəxəssis axtarışlarını davam etdirir.
xocalininsesi.az fanat.az-a istinadən xəbər verir ki, futbol qurumu hazırda gürcü çalışdırıcı Kaxaber Tsxadadze ilə danışıq aparır.
Belə ki, uzun müddət Azərbaycanda işləmiş Tsxadadze özü də ölkəmizin seçməsini çalışdırmaq variantına isti yanaşır və tərəflərin ortaq məxrəcə gəlmək ehtimalı yüksəkdir.
Qeyd edək ki, Kaxaber Tsxadadze 2009-2014-cü illər aralığında Bakı "İnter"ini (indiki "Keşlə") çalışdırıb. Hazırda 55 yaşı olan mütəxəssis 2015-ci ilin martından 2016-cı ilin martınadək Gürcüstan yığmasına rəhbərlik edib. O, milli ilə vidalaşandan sonra "Kayrat" və "Ordabası" kimi Qazaxıstan komandalarında işləyib. 2021-ci il mayında Tbilisi "Dinamo"suna baş məşqçi təyin olunub, bir mövsüm ölkəsinin ən məşhur komandasına rəhbərlik edib. Kaxanın son iş yerinə gəlincə, bu, bir mövsüm işlədiyi daha bir Qazaxıstan klubu "Kaspiy"dir.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1165880.html