Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Akademik Zərifə Əliyevanın əziz xatirəsini hörmətlə yad edirik

0

  • İnsanlara nur paylayan Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28 də azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1923-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi elm fədaisi böyük şəxsiyyət Əziz Məmməd Kərim oğlu Əliyevin ailəsində on illiklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə laiqli övlad olacaq, xalqına xidməti hər şeydən üstün tuta biləcək parlaq bir simanın gəlişi ilə yadda qalan olmuşdur.
    1918-ci ildə Sank-Peterburkdakı təhsilini yarımçıq qoyub İrəvana dönən Əziz Əliyev 1923-cü ilin may ayında Bakıya köçmək qərarına gəlir. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini tamamlayır. Bakıda o, universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur.1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında müavin vəzifəsində çalışır. Məhz belə bir ailədə Zərifə xanım Əliyeva dünyaya göz açmışdır.
    Həyatına Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları- Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirdi.
    Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur.
    1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profiloktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, məruzələr oxuyurdu.
    Zərifə xanım bütün bunlarla kifayətlənmirdi. O , nursuz gözlərə işıq paylamaq, günəşin,ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə,füsünkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.
    Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi həkimləri Təkminləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim- oftomoloq ixtisasına yiyələnir. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz xəstəlikləri İnistutunda elmi işçi kimi fəaliyyətə başlayır,1950-ci ildə isə aspiranturaya daxil olur.
    Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım tezliklə böyük uğurlar əldə etdi.
    1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “ Oftalmologiya” ixtisası böyük elmi işçi adı vermişdir. 1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut Zərifə xanımın atasının adını daşıyır.
    1968-ci ildən başlayaraq Zərifə xanım məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olur. Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Həkimləri Təkminləşdirmə İnstitunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi tədiqqat işini, kadrların və elmi işçilərinin hazırlanmasını müvəffəqiyyətlə təşkil etdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə xanım fundamental “ Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftamoloq üçün stolüstü kitab olaraq qalır. O , “ İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

    Zərifə xanım 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb ata-anasına laiq,qəlblərində daim Azərbaycan sevgisi yaşadan vətənimizin qüruru sayılan övladlar. Deyirlər, ana övladlarını özündəndə çox istəyər. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi.
    Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummili liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəməmişdi. Zərifə xanımın həyatını və yaradıcılığını ən dəqiq Heydər Əliyev qiymətləndirə bilərdi. Onun ömür yoldaşına verdiyi qiymət çox yüksək idi. Ulu Öndərimiz deyirdi: “ Gənc yaşlarımdan mənim həyatım dövlət işləri ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm. Bu yolda mənim həmişə müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, Zərifə xanımın çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o , ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsəllələrinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
    Təssüf ki, Ulu Öndərimizin qurub yaratdığı Azərbaycanımızı görə bilmədi Zərifə xanım. 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdi. Allahdan akademik Zərifə xanım Əliyevaya rəhmət diləyirəm.
    Ulduz Əsgərova,

    Xocalı rayon Yaloba kənd tam orta məktəbinin Uşaq Birliyi Rəhbəri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib248 dəfə
    Akademik Zərifə Əliyevanın əziz xatirəsini hörmətlə yad edirik

    Maraqlı gələ bilər
    37
    95