Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

0

  • Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
    Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizin və onun iqtisadiyyatının bir çox dövlətlərin, o cümlədən Almaniyanın diqqət mərkəzində olduğundan xəbər verir. Belə ki, bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli münasibət bildirdikləri bir vaxtda bü cür səfərin baş tutması ölkəmizin beynəlxalq imicinin etibarlı tərəfdaş kimi formalaşdığının göstəricisidir.
    Xatırladaq ki, ötən il Berlində, sonra Münxendə belə görüşlər keçirilmişdir. İndi isə geniştərkibli nümayəndə heyətinin Azərbaycana gəlişi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.
    Bu görüşün önəmli olduğunu qeyd edən cənab Prezident nümayəndə heyətini salamladı. Daha sonra Almaniyanın Azərbaycandakı səfiri Rolf Horleman nümayəndə heyəti adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir qeyd etdi ki, səfərlərinin əsas məqsədlərindən biri ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir.
    Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlət başçımız iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını bildirdi.
    “Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir”-deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin süverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. İkili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini diqqətə çatdıran dövlət başçımız Cozef Borrelin qeyri-adekvat bəyanatlarına, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi haqqında qərar qəbul etməsinə də öz kəskin etirazını bildirdi. Baxmayaraq ki, bu qərar Almaniyanın parlament üzvünün təşəbbüsü ilə qəbul edilmişdir, cənab Prezident öz etirazını qətiyyətlə bildirdi: “Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?”
    Daha sonra Mixael Horms qəbuldan şərəf hissi keçirdiklərini və minnətdarlıqlarını bildirdi.
    Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbər və nümayəndələrinin gəldiklərini bildirdi.
    Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
    Zülfü Quliyev,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib150 dəfə
    Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

    Maraqlı gələ bilər
    127