ATƏT-in Minsk qrupunun 28 il ərzində səmərəsiz fəaliyyəti ilə Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmadı, əksinə uzun illər ərzində işğalçıya dəstək verdi.
Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun fəaliyyətinə məntiqi qiymət verərək ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu diqqətə çatdırdı.
xocalininsesi.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, ATƏT bütövlükdə səlahiyyətinə aid olan məkanda hər hansı bir münaqişənin həll olunması ilə bağlı bu günə qədər prinsipial bir mövqe sərgiləməyib və uğura imza atmayıb.
"Azərbaycan əraziləri işğal altında olduğu zaman kəsiyi ərzində Ermənistan durmadan silahlandırılırdı, bu ölkəyə ödənişsiz əsaslarla silahlar verilirdi. Ermənistan həm hərbi texnika, həm hava hücumundan müdafiə sistemləri və digər məqamlarla bağlı bütün kvotaları keçmişdi. Amma biz həmin dövrdə ATƏT-in bu məsələ ilə bağlı mövqeyinin şahidi olmadıq", - deyə E.Mirzəbəyli bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik:
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1204196.html