Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Avropa Şurasının Azərbaycana tutduğu qərəzli mövqe anlaşılan deyil

0

  • 30 il torpaqları erməni işğalı altında qalan Azərbaycan, nəhayət ki, 2020- ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı özünün əzəli və əbədi ərazilərini işğaldan azad etdi. Baxmayaraq ki, müharibənin sonunda ermənilər ağ bayraq qaldırıb kapitulyasiya aktına imza atmışdılar, yenə də öz xislətlərinə sadiq qalaraq Azərbaycan ərazilərində təxribatlara davam edirdilər. Sözsüz ki, bu vəziyyətlə barışmaq, yenidən erməni separatizminə münbit şərait yaratmaq demək idi. Məhz bu amili nəzərə alaraq Azərbaycan 2023 - cü ilin sentyabr ayının 19 - da antiterror əməliyyatı keçirərək ərazilərimizdə kök salmış erməni separatçılarının kökünü kəsdi.
    Artıq işğaldan azad edilmiş ərazilərimizdə dinclik hökm sürür. Qanlı - qadalı günlər arxada qalıb. Azərbaycan bu ərazilərdə quruculuq - bərpa işləri aparır. İnfrastruktur bərpa edilir, əhalinin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir. Ölkəmizi bu işlərlə paralel olaraq bölgədə sülhün bərqərar olması məsələsi də dərindən düşündürür. Çünki Ermənistanla sülh müqaviləsinin imzalanmaması bölgədə əmin- amanlıq üçün böyük təhditlər yaradır. Ona görə də ölkəmiz bütün görüşlərdə sülhə sadiqliyini güclü şəkildə nümayiş etdirir. 2024 - cü il fevralın 1- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də əsas diqqəti postmüharibə dövründəki proseslərə yönəldib . Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin Başçısını təbrik edib. Daha sonra Azərbaycan Prezidenti qeyd etmişdir ki, bəzi avropa ölkələri 30 il ərzində erməni işğalına qarşı susduqları halda, indi öz torpaqlarını işğaldan azad etmiş ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər . Prezident qeyd etdi ki , Azərbaycana qarşı qeyri - konstruktiv mövqe sərgiləyən ölkələrin önündə Fransa gəlir ki, o da bölgədə pozuculuq fəaliyyətini davam etdirir. Bundan əlavə Avropa Şurasının Azərbaycana tutduğu qərəzli mövqe anlaşılan deyil. Ölkə Başçısı qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilmədiyi təqdirdə, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak etmək məsələsinə yenidən baxacaq. Prezident Azərbaycanla Ermənistan arasındakı münasibətlərin bundan sonrakı inkişafı məsələlərinə də toxundu. O, qeyd etdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapmışdır. Həmçinin Ermənistanın digər normativ - hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları var. Azərbaycan Prezidenti qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ - hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Bütün görüşlərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunkonqla görüşünü Azərbaycan diplomatiyası üçün mühüm və müsbət addımlardan biridir.
    Ələddin Əhmədov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib161 dəfə
    Avropa Şurasının Azərbaycana tutduğu qərəzli mövqe anlaşılan deyil

    Maraqlı gələ bilər