Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Azərbaycan Bayrağı" ordenli Xəzani Əsgərovun şəhadətə ucalmasından 30 il ötür

0

  • 14.02.2024-cü il tarixdə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsinin “Azərbaycan Bayrağı” ordenli şəhidi Xəzani Əsgərovun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirildi.

    Tədbirdə Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin əməkdaşları, Kosalar kənd ziyalıları, şəhidin ailə üzvləri iştirak etdilər.

    Əvvəlcə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmiş Xəzani Əsgərovun məzarı ziyarət edilərək önünə gül dəstələri düzüldü. Şəhidlərimizin ruhuna dualar oxundu.

    Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində davam edən tədbirdə ilk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimiizn ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Sonra muzeyin bələdçisi Xatirə İsmayılova məruzə ilə çıxış edərək şəhidimizin həyat və döyüş yolu haqqında məlumat verdi. Bildirdi ki, Əsgərov Xəzani Kərəm oğlu, 1962-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuşdur. Xəzani 1991-ci ildən Şuşa polis şöbəsinin nəzdində fəaliyyət göstərən Kosalar rotasında polis nəfəri kimi fəaliyyətə başlayıb. Müharibənin qızğın çağlarında o, idarə etdiyi maşınla yaralı və ölənlərin atəş mövqeyindən uzaqlaşdırılmasında həmişə seçilib. 1990-cı il, dekabr ayının 15-də Cəmilli Kosalar yolunda qətlə yetirilən Mikayıl Cəbrayılovun, Arzu Əliyevin, Əhməd Cavadovun cənazələrinin döyüş nöqtəsindən çıxarılmasında, həmçinin ağır yaralanan Rövşən Türbəndiyevin həyatının xilas olunmasında iştirak etmişdir. Xəzani 1991-ci il dekabr ayının 15-də Cəmilli, 23-də Meşəli, 1992-ci il yanvar ayının 28-də Canhəsən döyüşlərində xidməti maşını ilə fəal iştirak etmişdir. 1992-ci il mart ayının 29-da, aprelin 29-da Kosalarda gedən döyüşlərdə yaralıların çıxarılmasında yaxından iştirak edib. Kosalar kəndi işğal olunduqdan sonra Şuşa polis batalyonu tərkibində Xəzani Laçın, Ağdərə, Dranbon, Mehmanə, Laçının Billur düzü, Fingə, Arduşlu, Xaçınyalı kəndləri, Şuşanın Sarıbaba ərazilərində gedən hərbi əməliyyatlarda da iştirak etmişdir. 1993-cü ilin iyul ayından Xəzani tərkibində olduğu Şuşa polis batolyonu Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Ağdərə yüksəkliklərinin ələ keçirilməsində, Ağdərənin və kəndlərinin geri alınmasında Kosalar polis rotasının xidmətləri danılmazdır. Xəzani Ağdərə bölgəsində 708 saylı yüksəkliyin alınması zamanı 5 nəfər yaralının həyatını xilas etdiyi üçün mükafatlandırılmışdır. Xəzani 1994-cü il, fevral ayının 12-də idarə etdiyi “QAZ- 66” markalı xidməti maşınla Murovdağ bölgəsinə ezam olunmuş və döyüşlər zamanı şəhid olmuşdur. Gəncədə Şəhidlər Xiyabanında dəfn edilib.
    Azərbaycan Resbublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

    Daha sonra çıxış edən digər natiqlər də Xəzani Əsgərovun döyüş yolundan, onun Birinci Qarabağ müharibəsində şücaətindən danışdılar, şəhidimizin yaxınları öz xatirələrini bölüşdülər.

    Tədbirdə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin şagirdləri şəhidlər haqqında şeirlər səsləndirdilər.

    Sonda ehsan süfrəsi açıldı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib192 dəfə
    azərbaycan bayrağı ordenli xəzani Əsgərovun şəhadətə ucalmasından 30 il ötür

    Maraqlı gələ bilər
    47
    40