Sürətlə qloballaşan dünyada bəşəriyyəti təhdid edən bir çox problemlərin aradan qaldırılması üçün yollar axtarılır. Bu məsələlərdə ölkəmiz Azərbaycanı da öncüllük edən dövlətlərdən hesab etmək olar . Əvvəllər ölkəmiz vaxtıilə ona zorla sarılmış problemlər girdabında çabaladığı üçün məhəlli və dünyəvi problemlərin həllində aktiv fəaliyyət göstərməkdə çətinlik çəkirdi . Əlbəttə bu problemlərin başında ölkəmizin işğala məruz qalmış əraziləri dururdu . 1991 - ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdiyi vaxtda , daim bizə düşmən kəsilən mənfur erməni faşistləri , yaranmış siyasi böhrandan istifadə edərək ölkəmizin iyirmi faiz ərazisini işğal etdilər . Digər bir tərəfdən də ölkəmizdə daxili iqtisadi və siyasi böhran yaşanmaqda idi. Səriştəsiz və antimilli qüvvələr ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdılar . Ölkədə ciddi hakimiyyət böhranı yaşanırdı . Bu hal 1993 - cü ilin oktyabr ayına qədər davam etdi. Yalnız Ümummilli Lider Heydər Əliyev Ölkə Prezidenti seçildikdən sonra Azərbaycandakı xaos və özbaşınalıq dövrünə son qoyuldu . Həmin dövr nə qədər çətin və keşməkeşli olsa da Ümummilli Lider bütün çətinliklərə sinə gərərək ölkəni addım - addım böhran vəziyyətindən çıxarmağa nail oldu . Azərbaycan iqtisadiyyatını gücləndirmək üçün ölkədəki zəngin neft ehtiyatlarını işlətmək üçün xarici investorları dəvət etmək lazım gəlirdi . Bunun üçün 30 il bundan əvvəl Bakıda Xəzər Neft və Qaz Sərgisi öz işinə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır . Qeyd olunan bu sərgi məşhur Əsrin Müqaviləsindən bir neçə ay əvvələ təsadüf etdiyindən mühüm hadisə kimi tariximizdə özünəməxsus yerə malikdir . 30 il bundan əvvəl həyata keçirilən bu kimi hallar sonda Azərbaycanın öz torpaqlarının mənfur düşməndən azad edilməsinə gətirib çıxardı.
Bütün əraziləri üzərində öz suverenliyini bərpa edən Azərbaycan , artıq beynəlxalq arenada qlobal problemlərin aradan qaldırılmasına töhfələr verir . İyunun 4 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı enerji Həftəsi çərçivəsində 29 - cu " Caspian Pover " və 12 - ci " Caspian Gas " sərgiləri keçirilib. Bu tədbir artıq 30 ildir ki, keçirilir. 30 il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz sərgisi kimi başlamış və müasir müstəqil Azərbaycanın enerji strukturuna töhfələr vermişdir. Sərglərdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, 30 il bundan əvvəl bu tədbirin ölkəmizdə keçirilməsindən bir neçə ay sonra Beynəlxalq Neft Konsorsiumu ilə məşhur "Əsrin müqaviləsi" kontraktı imzalanmışdır . O vaxtda bir çox iri layihələr həyata keçirilmişdir. Çətin dağ relyef şəraitindən keçməklə 1700 kilometr uzunluğunda Bakı - Ceyhan neft kəməri inşa edilmişdir. Bu gün Azərbaycan qazı Avropanın 8 ölkəsinə nəql olunur. Hal - hazırda Azərbaycan yaşıl enerji resurslarının istismarına üstünlük verir. İqlim dəyişkənliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024 - cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. COP 29 - un Azərbaycanda keçirilməsinin beynəlxalq birlik tərəfindən qəbul edilməsi də ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə doğru yolda olduğunu təsdiq edir. Azərbaycan bundan sonra da qlobal problemlərin həllində fəal mövqe sərgiləyəcəkdir.
Afərim Lətifli,
Xocalı rayon gənci