Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq

0

  • Azərbaycan 1991 - ci ildə yenidən öz müstəqilliyini bərpa etdikdən sonra yenə də XX yüzilliyin əvvəllərində olduğu kimi çox ciddi təhlükələrlə üzləşdi. Məlum olduğu kimi 1918 - ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Rusların yaratdığı bolşevik hökuməti və onun Azərbaycandakı kölələrinin köməkliyi ilə 11 - ci ordu yenicə yaranmış Demokratik Cümhuriyyəti elə beşiyindəcə boğdu. Necə deyərlər, xalqın müstəqillik arzuları başqa bir bahara qaldı. Bütün bunlara baxmayaraq xalq müstəqillik ideyalarından vaz keçmədi. Onu düz 71 il qəlbində yaşatdı. Tarixi məqam yetişəndə yenidən öz müstəqilliyini elan etdi.​ ​ ​ ​ ​ ​
    Ancaq yenə də təhlükəli vəziyyət yarandı. Ölkədə hakimiyyət böhranı baş verdi. Səriştəsiz idarəetmə müstəqilliyi təhlükə altına aldı. Ölkə vətəndaş müharibəsi həddinə gəlib çatdı. Təhlükənin ciddiliyini dərk edən Azərbaycan xalqı özünün dahi oğlu Heydər Əliyevi ölkənin xilası üçün paytaxt Bakıya dəvət etdi. Böyük Azərbaycanlı Heydər Əliyev xalqın bu çağırışına biganə qalmadı və dəvəti qəbul edib Bakıya gəldi, xalqı bu çətin vəziyyətdən çıxarmaq üçün sağlam düşüncəli, vətənpərvər insanları başına toplayıb ölkəni böhran vəziyyətindən çıxardı. 15 iyun 1993 - cü ildən ikinci Heydər Əliyev erası başlandı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ümummilli Lider Heydər Əliyev qısa zamanda vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ölkəmizin qəsdinə duran antimilli qüvvələri neytrallaşdırdı və erməni işğalını dayandırmaq üçün düşmənlə atəşkəs sazişi imzaladı. Bütün bunları etdikdən sonra Ümummilli Lider əsas diqqəti ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəltdi. Bunun üçün onun ən güclü və ilkin addımı Beynəlxalq Neft Konsorsiumu ilə bağladığı Əsrin Müqaviləsi oldu. 2003 - cü ildən isə Heydər Əliyev siyasi kursunun növbəti mərhələsi - İlham Əliyevin Prezidentliyi dövrü başladı.​ ​ ​ ​ ​ ​ ​ ​
    10 yanvar 2024 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə vermişdir. Ölkə başçısı jurnalistlər qarşısında son 20 il ərzində görülən işlər barədə hesabat xarakterli çıxış etmişdir. O, qeyd etmişdir ki, son 20 ildə baş verən proseslərin əsasının əslində 1993 - cü ildə qoyulmuşdur. Bununla Azərbaycan Prezidenti Heydər Əliyev siyasi kursunun möhtəşəmliyinə diqqəti çəkmiş və bu kursun bu gün də davam etdiyini vurğulamışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, son üç ildə daha möhtəşəm işlər həyata keçirilmişdir. Ölkəmiz 30 il işğal altında qalan əbədi və əzəli torpaqlarınızı işğaladan azad etmiş, 2023 - cü ilin sentyabr ayının 19 - da keçirilmiş antiterror əməliyyatı nəticəsində erməni separatizminin kökünü kəsmişdir. Artıq bizi bölgədə sülhün bərqərar olması və Böyük Qayıdışın tezliklə yerinə yetirilməsi kimi məsələlər düşündürür. Yeri gəlmişkən, bu il daha beş şəhərə sakinlərin köçürülməsi həyata keçiriləcəkdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsindən də göründüyü kimi, ölkəmiz bundan sonra daha böyük işlər həyata keçirmək əzmindədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında bundan sonra da boyük zirvələr fəth edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ələddin Əhmədov, ​ ​ ​ ​
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib89 dəfə
    azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq

    Maraqlı gələ bilər
    161
    55
    54