Bildiyimiz kimi son illər Azərbaycanda çoxsaylı layihələr həyata keçirilir. Bunlardan biri də Şirvan suvarma kanalının yenidən qurulması ilə əlqədar təməlqoyma mərasimi olmuşdur. Bu mərasimdə Prezidentimiz iştirak etmiş, görülən işlər və perspektivlər haqında proqram xarakterli çıxış etmişdir. Çıxışda Prezident aşağıdakı məsələlərə diqqət yetirmişdir. Son illər ərzində Azərbaycanda həyata keçirilən layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Bu kanal uzun illərdir fəaliyyət gösrərib. İllər keçdikcə istismar nəticəsində kanalın böyük bir hissəsi sıradan çıxmışdır. Nəticədə su sızması ətraf ərzilərin şoranlaşmasına gətirib çıxarıb. Bu kanal 1958-ci ildə inşa edilib. Nəzərdə tutulub ki, kanal yenidən inşa edilsin və minlərlə insan bu layihədən yararlansın. Bərpa işlərindən sonra kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 km.dən çox olacaq. Bu icranın başa çarmasından sonra 230 min hektar əkin sahəsini əhatə edəcək. Haçıqabul gölü 10 ildən çoxdur ki quruyub. Bu kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun təbiətə müsbət təsiri olacaq. Son illərdə infrastruktur layihələri geniş miqyas alıb. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.
Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.
Tamella Quliyeva,
Xocalı rayon ziyalısı