Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan enerji təhlükəsizliyi və yaşıl keçidlə bağlı NATO ilə sıx əməkdaşlıq etməkdədir

0

  • Azərbaycan 27 sentyabr - 10 oktyabr 2020 - ci il aralığında həyata keçirdiyi Vətən müharibəsi zamanı öz əzəli və əbədi torpaqlarını mənfur düşməndən təmizlədikdən sonra dünyanın diqqət mərkəzinə çevrildi desək yanılmarıq. Həmin vaxtdan etibarən erməni yalanlarının girovuna çevrilmiş bəzi qərb dövlətləri ilə bərabər, ölkəmizi sevən, onun haqq arayışını, torpaqlarını işğaldan azad etmək yanğısı ilə alışıb yanan Azərbaycana marağını birə - beş artırdı. Müharibədən yeni çıxmasına baxmayaraq Azərbaycan bu çətin anlarda dünya birliyinin real vəziyyətlə elə yerindəcə tanış olması üçün bir çox beynəlxalq tədirlərə ev sahibliyi etdi.
    Ölkəmiz ərazilərini işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərdə quruculuq işlərinə başladı. Ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq forumların, festivalların iştirakçıları istəsələr də istəməsələrdə bir tərəfdə geniş miqyaslı quruculuq işlərini, digər tərəfdən isə erməni vəhşiliyinin "bəhrəsi" olan, Azərbaycanın dağıdılmış, xarabalığa çevrilmiş şəhər və kəndlərini müşahidə etmək məcburiyyətində qalırdılar. 30 il torpaqları işğal altında olan, bir milyondan artıq vətəndaşı öz ərazisində məcburi köçkünə çevrilmiş Azərbaycanla işğalçı Ermənistana eyni münasibət göstərən qərb dövlətləri gördükləri "mənzərə" qarşısında heyrətə gəlirdilər. Hər şey göz qabağında idi. Bir tərəfdə qurucu, yaradıcı Azərbaycan, digər tərəfdə şəhər və kəndlərimizi xarabalığa çevirmiş vəhşi Ermənistan. Erməni separatizminin kökünü kəsmək məqsədilə Azərbaycan tərəfindən keçirilən sonuncu Antiterror əməliyyatından sonra ermənilərin məğlubiyyətini həzm etmək istəməyən Fransa və onun prezdenti Makronun öncüllüyündə bəzi Avropa dövlətlərinin sərgilədikləri qeyri - konstruktiv mövqe isə qətiyyən anlaşılan deyildi. Hətta onlar bir qədər də irəli gedib Avropa Şurasının tribunasından ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsini tələb edirdilər. Ancaq onlar bir şeyi unudurdular ki, həm Avropanın, həm də bütün dünyanın Azərbaycana ehtiyacı vardır. Onlar yaxşı bilirlər ki, Azərbayca Ermənistan kimi sıradan bir dövlət deyildir. Martın 17 - də NATO - nun Baş katibi Yens Stoltenberq Azərbaycana səfər etmişdir. Qonaq yüksək səviyyədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. İkitərəfli münasibətləri müzakirə etdikdən sonra Azərbaycan Prezidenti və NATO - nun Baş katibi birgə mətbuata açıqlama vermişlər. Ölkə Başçısı NATO - Azərbaycan münasibətlərinin 30 ilə yaxın bir zamandan başlanmasını vurğuladı və Azərbaycan sülhməramlılarının NATO - nun mandatı ilə sonuncu olaraq Əfqanıstanda öz missiyasını başa vurduğunu qeyd etdi. Hal - hazırda Azərbaycan enerji təhlükəsizliyi və yaşıl keçidlə bağlı NATO ilə sıx əməkdaşlıq etməkdədir. Ölkəmizdə geniş imkanların olduğunu nəzərə alınaraq ekoloji cəhətdən təmiz, bərpa oluna bilən günəş və külək enerjisindən yararlanmaq üçün çox ciddi işlər həyata keçirilir. COP - 29- un Azərbaycanda keçirilməsi də qeyd olunanları təsdiq edir. Bunlarla bərabər ölkəmiz həm də Ermənistanla sülh müqaviləsini tezliklə imzalayıb Cənubi Qafqazda sülhün bərqərar olmasına nail olmaq niyyətindədir . Bütün bu kimi görüşlər, ölkə başçıları ilə məsləhətləşmələr onu göstərir ki, ölkəmiz bölgədə sülhün təminatçısı kimi fəaliyyət göstərir və tutduğu yoldan dönməyəcəkdir.
    Samir İbrahimov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib71 dəfə
    Azərbaycan enerji təhlükəsizliyi yaşıl keçidlə bağlı NATO ilə sıx əməkdaşlıq etməkdədir

    Maraqlı gələ bilər
    24
    45