Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənir

0

  • Azərbaycan tarixin müəyyən mərhələlərində dünyanın diqqət mərkəzində olmuşdur. Bu da əlbəttə ki, təsadüfi deyildir. Çünki ölkəmiz həm qədim tarixə malik, həm də yerləşdiyi coğrafi məkanın ən güclü dövlətidir. Eyni zamanda Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyətin də yaradıcısıdır. Digər tərəfdən ölkəmizin geniş təbii resurslara, yeraltı və yerüstü təbii sərvətlərə malik olması da onu dünya dövlətləri üçün cəlbedici vəziyyətə gətirib çıxarmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ölkəmizin diqqət mərkəzində olması dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizdə də bir qayda olaraq qısqanclıq hissləri yaratmışdır. Buna misal olaraq iyirminci əsrin sonlarında torpaqlarımızın 20 faizini işğal edib 30 il işğal altında saxlayan mənfur erməniləri qeyd etmək olar. Bu işğal nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı olmazın əzab - əziyyətlərə düçar olmuş, minlərlə soydaşımız şəhid olmuşdur. Eyni zaman da işğal faktoru ölkənin inkişaf tempini ləngitmiş, iqtisadi inkişafı on illərlə geri salmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan yenə də özünün iqtisadi qüdrətini qorumuş, güclənməkdə davam etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    27 sentyabr 2020 - ci il tarixdə Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək məqsədilə əks hücum əməliyyatlarına başlamış, cəmi 44 gün ərzində erməni faşistlərini ölkəmizin hüdudlarından çıxararaq mənfur düşmən üzərində möhtəşəm qələbə qazanmış və düşməni təslim aktına imza atmağa məcbur etmişdir. Vətən müharibəsində əldə olunmuş böyük zəfər öz iqtisadiyyatını gücləndirmək üçün ölkəmizə geniş imkanlar yaratmışdır. İndi ölkəmizi işğaldan azad edilmiş ərazilərdə quruculuq - bərpa işlərini həyata keçirməklə bərabər ölkə iqdisadiyyatını şaxələndirmək də düşündürür. Hzırkı vəziyyətdə qeyd olunanları yerinə yetirmək üçün münbit şərait yaranmışdır. ​ ​ ​ Yuxarıda qeyd olunanları reallaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yorulmadan fəaliyyət göstərir. Dekabrın 10 - da Azərbaycan Prezidenti Serbiya Respublikasına rəsmi səfər etmişdir. Ölkə Başçısı Serbiyanın Niş şəhərində Serbiya - Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmişdir. Mərasimdə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də iştirak etmişlər. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti burada Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə həm nümayəndə heyətləri tərkibində, həm də təkbətək görüşlər keçirmişdir. Söhbətlər zamanı Solidariy Rinq təşəbbüsünün əhəmiyyətinə toxunularaq bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin Serbiyaya hazırkı səfəri, eləcə də indiyə qədər Dövlət başçıları səviyyəsində keçirdiyi digər görüşlər ölkə iqtisadiyyatının güclənməsinə xidmət edir və yaxın zamanlarda bunların bəhrəsini xalqımız öz həyatlarında hiss edəcəkdir.​
    Ələddin Əhmədov​,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib96 dəfə
    azərbaycan ilə avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənir

    Maraqlı gələ bilər
    24