Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

5/5

  • Dövlətlər arasında güclü siyasi, iqtisadi əlaqələr həmin dövlətlərin apardığı uğurlu siyasətdən xəbər verir. Azərbaycan da son illərdə dünyanın gündəmində uğurlu siyasət aparan və bunun müsbət nəticələrini görən qabaqcıl ölkə kimi tanınır.Tarixən istər mehriban qonşuluq əlaqələrinə istərsədə digər dövlətlərlə uğurlu beynəlxalq əlqələrə sadiq qalan Azərbaycan, bu gün də bu prinsipləri Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirir. Bu gün
    bizim ölkəmiz öz qonaq qapısını bütün dünya ölkələrinin üzünə xoşməramla açır.
    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri baş
    tutub və Belarus prezidenti İlham Əliyevin rəhbərliyi altında Füzuli Beynəlxalq hava limanında
    fəxri qarovul dəstəsinin iştirakı ilə möhtərəm surətdə qarşılanıb. Belarus və Azərbaycan dövlətləri arasında olan əlaqələri möhkəm dostluq əlaqələrinə dayanır. Belarus
    prezidentinin işğal edilmiş ərazilərə baş çəkərək, erməni terrorurunun səbəb olduğu vandallıq aktları ilə yaxından tanış olması, dünya ölkələrinə bu həqiqətlərin çatdırılması üçün bir mesaj idi.
    İlk öncə Füzuli şəhərində səfərdə olan prezident şəhərin baş planı, həmçinin şəhərin dağıdılmış hissəsi ilə tanış oldu. Füzuli şəhəri bu gün hər tərəfli bərpa edilərək öz möhtəşəmliyinə qovuşsada, şəhərin erməni vandallığına məruz qaldığı bir hissəsi dünya ictimaiyyətinə əyani çatdırılması üçün saxlanılır.
    Növbəti səfəri Şuşa şəhərinə olan Belarus prezidenti İlham Əliyevlə birgə Şuşa şəhərində 1-ci yaşayış massivində olublar. Bildiyimiz kimi qayıdış həsrətinə son qoyulması məqsədilə, yerli Şusa sakinlərinə müasir standartlarlar altında tikilmiş bu yaşayış massivi, dövlətin terrora məruz qalan əhalisinin hər zaman yanında olmasının sübutu idi. Bundan sonra Aleksandr Lukaşenko
    işğal dövründə güllə- baran edilmiş , Azərbaycanın məşhur şəxsiyyətlərinin Natəvanın, Bülbülun, Üzeyrin heykellerinə baxaraq, ermeni vandalizminin bu şəhərdə də olan izləri ilə tanış olub. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb.
    Natəvan Quliyeva,
    Xocalı rayonu Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib137 dəfə
    Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

    Maraqlı gələ bilər
    56
    41
    53
    38