Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan ilə Misir arasında diplomatik və iqtisadi əlaqələr, mədəni mübadilə ilə əlamətdar olan uzun tarixə malikdir

0

  • 30 illik zaman kəsiyində əsas diqqəti yalnız işğal altındakı torpaqlarımızı azad etmək məsələlərinə yönəldən Azərbaycan əzəli və əbədi torpaqlarımızı mənfur erməni faşistlərindən təmizlədikdən sonra, sanki rahat nəfəs almağa başladı. Ölkəmiz beynəlxalq müstəvidə bir qayda olaraq prioritet məsələ kimi işğal faktorunu önə çəkir, torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə çalışırdı. Təəssüf ki, beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalana eyni prizmadan yanaşır, Azərbaycan ərazilərinin işğaladan azad edilməsi üçün heç bir konstruktiv addım atmırdı. Torpaqlarımızın sülh yolu ilə azad edilməsi cəhdlərinin fayda vermədiyini görən Azərbaycan, nəhayət öz gücünə torpaqlarını azad etdi. Artıq bütün ərazilərində öz suveren hüquqlarını bərpa edən ölkəmiz regionda söz sahibi olmağa başladı. Qısa müddət ərzində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz regionun lider dövləti kimi bir çox beynəlxalq forumlara, festivallara və konfranslara ev sahibliyi etdi. Yaxın gələcəkdə də bu kimi tədbirlər davam etdiriləcəkdir. Azərbaycan həm türk dövlətləri, həm də ərəb ölkələri ilə sıx siyasi və iqtisadi əlaqələr qurmaqdadır. Bu baxımdan həmin ölkələrin dövlət başçılarının ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevin isə bu ölkələrə qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri bu qəbildən olan səfərlərdəndir. Azərbaycan Prezidenti Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi tərəfindən yüksək qonaqpərvərlik səviyyəsində qarşılanmışdır. Görüş zamanı Misirlə Azərbaycan arasındakı dostluq münasibətlərinə xüsusi diqqət yetirilmiş, beynəlxalq tribunalarda hər iki ölkənin bir - birlərini dəstəklədiyi qeyd olundu. Misir Ərəb Respublikası ilə Azərbaycan bir çox beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində birgə əməkdaşlıq edir. Səfər zamanı iki ölkə arasındakı münasibətlərlə bərabər, bir sıra regional problemlərə də toxunulmuşdur. Bu problemlər arasında yaxın Şərqdə İsrail - Fələstin münaqişəsinə və bu konfliktin tezliklə aradan qaldırılması yollarının tapılması üçün fikir mübadiləsi aparılmışdır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid bəslənildiyi qeyd olunmuşdur. Uzun müddət bir - biri ilə konflikt şəraitində yaşamış iki qonşu dövlət arasında sülh müqaviləsinin imzalamasının regionda dayanıqlı sülhün bərqərar olunmasına gətirib çıxaracağı xüsusi olaraq qeyd olunmuşdur. Azərbaycanın bölgədə yürütdüyü siyasət bütün region ölkələrinin inkişafına xidmət edir və bu siyasətin bəhrəsini region ölkələri tezliklə hiss edəcəkdir. Ələddin Əhmədov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib115 dəfə
    Azərbaycan ilə Misir arasında diplomatik iqtisadi əlaqələr mədəni mübadilə ilə əlamətdar olan uzun tarixə malikdir

    Maraqlı gələ bilər
    66