Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında olduqca uğurlu xarici siyasət həyata keçirilir. Azərbaycan möhtəbər beynəlxalq tədbirlərə ev sahiblik etməsi cənab Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu dövlət başçılarının və beynəlxalq təşkilatlarının rəhbərlərinin dəvəti ilə xaricə çoxsaylı səfələri, Azərbaycanın mövqeyi ilə hər bir dövlətin və beynəlxalq təşkiltların razılaşması yuxarıda qeyd olunanların əyani təsdiqidir.
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respubilkasında keçirilən “Petersberq İqlim Dialoquna” dəvət edilməsi, Almaniya Federativ Respubilkasının rəhbər şəxsləri ilə görüşü, orada müzakirə edilən məsələlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Almaniya Federativ Respubilkasının Kansleri cənab Olaf Şolts 26 aprel tarixində keçirilmiş birgə mətbuat konfransı zamanı bəyan etmişdir: “Mən Sizi bizim hər ikimizin elə indicə iştirak etdiyimiz “Petersberq İqlim Dialoqu” münasibətilə buraya təşrif buyurduğunuza görə təşəkkür edirəm və salamlayıram.
Siz son 14 ay ərzində Almaniyaya dörd dəfə səfər etmisiniz. Sonuncu dəfə fevral ayında Münxen Təhlükəsizlik Konfransına gəlmişdiniz. Bu, onu göstərir ki, bizim müzakirə edəcəyimiz mövzular çoxdur, bu gün olduğu kimi. Təbii ki, biz xüsusən də Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə haqqında da söhbət etdik. Hər ikimiz eyni fikirdəyik ki, bu münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Bunun üçün şanslar mövcuddur. Ona görə də çox gözəl bir amildir ki, Siz hazırda baş nazir Paşinyanla birbaşa əlaqədəsiniz. Münxendə bizim sonuncu görüşümüz çərçivəsində hər ikiniz məni əmin etdiniz ki, açıq olan suallar öz həllini yalnız sülh yolu ilə tapacaq. Bu, məni sevindirir.”
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev bəyanatla çıxış edərək bildirdi ki, “Siz də qeyd etdiyiniz kimi, son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Bu gün səhər “Petersberq İqlim Dialoqu” forumunun işində iştirak edərkən bir daha öz niyyətimizi ifadə etdik. Sizə COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.
Daha sonra Almaniya Federativ Respubilkasının Kansleri Olaf Şolts və Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev mətbuat nümayəndələrinin çoxsaylı suallarına cavab verərək onların səsləndirdiklərə fikirlərə aydınlıq gətirdilər. Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan suallardan bəzilərinin qərəzli olduğu və məqsədli şəkildə səsləndirilidiyi aydın şəkildə seçilməkdə idi. Belə suallardan biri də “Cənab Prezident, Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə əlaqədar fikrinizi bilmək istərdim. Bir neçə kəskin tənqidi yanaşması olan İmran Əliyev adlı jurnalist həbs edilmişdi. İmran Əliyevin ailəsi deyir ki, guya, onun hüquqları pozulur və o, hazırda həbsdədir. Bununla əlaqədar nə deyə bilərsiniz?
Cənab Kansler, Siz cənab Prezidentlə insan hüquqları haqqında da ətraflı danışdınızmı”?
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev yuxarıda qeyd olunan suala cavabında bildirmişdir: “Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?
Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də”.
Yuxarıda qeyd olunan suala cavabı ilə cənab Prezident İlham Əliyev Azərbaycana qarşı qərəzli mövqedə dayanan xarici qüvvələrə Azərbaycanın qətiyyətli mövqeyini bildirmiş oldu.
Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri