Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

0

  • Hər bir millətin müstəqil olmasının ən böyük göstəricilərindən biri də onun söz azadlığına malik olmasıdır. Xalqın söz azadlığının səsini müəyyən vasitələrlə cəmiyyətə çatdırılmasında əməyi keçən şəxslər tarixən yaddaşlarda silinməyən izlər buraxmışlar.
    Söz azadlığımızın əsasının qoyulduğu tarix milli mətbuatımızın yarandığı tarixlə bağlıdır. 1875 -ci ilin 22 iyulunda dövrün görkəmli ziyalı xadimlərindən olan Həsən bəy Zərdabinin rəhbərliyi altında" Əkinçi"qəzetinin yaradılması ilə milli mətbuatımızın əsası qoyuldu. O zaman üçün belə bir addımın atılması nə qədər çətin olsa da, bir xalqın maariflənməsi və cəhalətdən uzaqlaşdırılması cəhətdən çox şərəfli bir addım idi. Bununla da mətbuat tariximizdə yeni bir era başladı. Əkinçi
    qəzetinin ənənələri əsasında yeni -yeni qəzet və jurnallar çap edilməyə başladı. Xalqın dilindən çıxış edən bu qəzet və jurnallardada xalqın söz azadlığının təbliğatçılığı aparılırdı.
    Artıq SSRİ hakimiyyətinin rəhbərlik etdiyi bir dönəmdə mətbuatımız, bu hakimiyyətin ideologiyaların təbliğatçıliğının aparılması istiqamətində sıxışdırılırdı. Ancaq Heydər Əliyevin hakimiyyətə rəhbərliyik etməsi zamanından milli mətbuatımız yenidən öz müstəqil təbliğatçılıq istiqamətinə qovuşdu. Onun bu sahəyə verdiyi dəyər nəticəsində milli mətbuatımız dövrünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyaraq daha da çiçəkləndi. Onun göstərişi ilə bu sahənin gücləndirilməsi istiqamətində bir çox addımlar atıldı. Elə bu dəyərin nəticəsi idi ki, milli mətbuatımızın təbliğatçılığı artıq dünya arenasına çatdırılırdı. Haqq səsimiz, o cümlədən erməni vandalizminin törətdiyi vəhşiliklər fədakar mətbuat işçilərimizin əməkleri nəticəsində bütün dünyaya çatdırılırdı. Xocalı müsibətlərin dünyaya çatdırılmasında öz qanı bahasına əməyi olan
    milli qəhrəman, peşakar jurnalist Çingiz Mustafayevi, o cümlədən onun timsalında cəbhə xəttində şəhid olan jurnalistlərimizin və digər mətbuat işçilərimizin əməklərini heç cürə unutmaq olmaz.
    Bu gün artıq milli mətbuatımız hər bir istiqamətdə daha da uğurla inkişaf edir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqəti hər zaman gündəmdədir. Bu gün milli mətbuat işçilərinin ev və iş şəraitiinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər aparılır. Mətbuat işçilərimiz də öz növbəsində işləri istiqamətində xüsusi fədakarlıqlar göstərirlər. Bunun ən böyük sübutu mətbuat işçilərimizin 2020- ci ildə cəbhədə göstərdiyi fədakarlıqlar, haqq səsimizin
    dünyaya çatdırılmasında apardığı mübarizələr bunun ən bariz nümunəsidir. Bu cür fədakar
    mətbuat işçiləri olan dövlətin söz azadlığı heç bir zaman boğulmaz.
    Milli mətbuat günü münasibətilə bütün mətbuat işçilərimizi təbrik edir onlara öz peşə fəaliyyətində uğurlar arzu edirik!
    Natəvan Quliyeva,
    Xocalı rayonu Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib108 dəfə
    Azərbaycan mediası həm Birinci həm İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

    Maraqlı gələ bilər
    48
    47