Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur

0

  • Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.
    2024-cü ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü, regionda strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi yadda qaldı. Bu görüşdə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mövcud dostluq və qardaşlıq münasibətlərini, həmçinin gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdi. Prezident Əliyevin çıxışı, regionun iqtisadi, siyasi və təhlükəsizlik sahəsindəki vacib məsələlərinə həsr olunmuşdur. Сənab Prezident çıxışında bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.
    Prezident çıxışında Azərbaycanın COP29 birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu diqqətə çatdırdı.
    Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları, bu sahədəki əməkdaşlığın əhəmiyyətini göstərir. Azərbaycan, həmçinin bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığın ilk addımıdır. Azərbaycanın nəqliyyat və tranzit sahəsindəki fəaliyyəti, regionun inkişafına böyük töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi və Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi, Orta Dəhlizin praktiki cəhətdən önəmini artırır. Bu dəhliz, Çin və Avropa arasında yüklərin daşınmasında mühüm rol oynayır və Azərbaycanın strateji əhəmiyyətini artırır. Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi, regionun rəqəmsal infrastrukturunun inkişafına və rəqəmsal təhlükəsizliyin təmin edilməsinə töhfə verir. Bu layihə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə rəqəmsal sahədəki əməkdaşlığını daha da gücləndirir.
    Həmçinin, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA bu əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biridir. SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri, regional əməkdaşlığın inkişafını göstərir.
    Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərini əks etdirir. Regionda qarşılıqlı fəaliyyətin inkişafı, yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də mədəni, sosial və rəqəmsal sahələrdə də nəzərəçarpacaq dərəcədə genişlənir. Bu əməkdaşlıq, region ölkələri üçün yeni inkişaf imkanları yaradır və ortaq maraqların qorunmasına xidmət edir.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub. Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.

    Akif Rüstəmov,
    Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan Mərkəzi Asiya o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur

    Maraqlı gələ bilər
    76
    67
    36