Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın qürur mənbəyidir

0

  • 26 iyun Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir.Bu tarix hər il Azərbaycanda “ Milli Ordunun “yarandığı gün kimi qürurla qeyd edilir.İlk dəfə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən “Silahlı Qüvvələrin “yaranması haqqında qərar qəbul edilmişdir. Milli Ordunun yaranması Azərbaycanın milli dövlətçilik tarixinin ən vacib mərhələlərindən biri idi.Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ölkəmizdə ordu quruculuğu prosesini dayandırdı.
    Hər bir dövlətin yaşaması, inkişaf etməsi üçün ilk növbədə onun güclü ordusu olmalıdır.1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı və Azərbaycanın Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndərin uğurlu siyasəti nəticəsində ordumuzun maddi-texniki təminatının yaxşılaşdırılmasına , şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
    Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Ölkə Başçısı İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müdafiə sənayesinin inkişaf etdirilməsinə, müasir infrastrukturların yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə hər zaman xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 Ordu sıralarında yer tutur.
    Məhz o, müasir döyüş texnikaları ilə təchiz olunmuş güclü Ordumuzun gücü, qüdrəti sayəsində 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün ərzində düşməndən tamamilə təmizləndi və Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi.
    Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.Mən işğaldan azad olunmuş torpaqlarımızda qürur və şərəflə vətənə xidməti borunu yerinə yetirən bir əsgər valideyni olaraq bu günkü “Azərbaycan Ordusu “ ilə fəxr edirəm.Öz övladımın simasında bütün hərbicilərimizə və əsgərlərimizə Allahdan can sağlığı, güc və qüvvət arzulayıram.”26 İyun Silahlı Qüvvələr “ günü münasibətilə Müzəffər Ordumuzu və Ordumuzla ürəyi döyünənləri təbrik edirəm!
    Vəsilə Quliyeva,
    Yaşasın Qüdrətli Azərbaycan Ordusu!
    Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib131 dəfə
    Azərbaycan Ordusu dövlətin dayağı xalqın qürur mənbəyidir

    Maraqlı gələ bilər
    59
    59