Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidentinin dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər edib. Həmişə olduğu kimi budəfəki səfər də iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq baxımından bir çox önəmli məqamlarla diqqət çəkdi.
Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşahəli əməkdaşlıq ehtiva etdiyini vurğuladı, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd etdi.
Bu gün TAP layihəsinin həm İtaliyanın, həmdə Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olundu.
İtaliya hər zaman Azərbaycanın suverenliyinə hörmətə əsaslanan siyasəti rəhbər tutub. İtaliyanın obyektiv münasibəti iqtisadi əlaqələrin inkişafına xidmət edib. Bu gün İtaliya ilə bizim böyük ticarət dövriyyəmiz var.
Səfər çərçivəsində keçirdiyi görüşlər zamanı humanitar və mədəni əlaqələrin önəminə də toxunuldu, İtaliya-Azərbaycan Universitetinin əməli fəaliyyəti qeyd edildi.
İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin həmin tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirərək qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yekdil dəstəyinin ifadəsi, ölkəmizə olan yüksək etimadın göstəricisidir. Dövlətimizin başçısı COP29-beynəlxalq iqlim dəyişikliyi məsələsində Azərbaycanın İtaliya ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.
Regionda sülh gündəliyinə toxunan prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsündən də söz açdı.
Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir-sıra sahələrdə iştirak etdikləri vurğulandı.
Əminliklə demək olar ki, tarixi ənənələrə əsaslanan İtaliya və Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq bundan sonra da genişlinəcək və möhkəmlənəcək.
Zülfü Quliyev,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi