Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər

0

  • Dünyanın bir çox ölkələrində müxtəlif günlərdə, Azərbaycanda isə keçmiş sovet ittifaqı ölkələrində olduğu kimi mart ayının 8-də qeyd olunan bu bayram özünəməxsus tarixi köklərə malik olmuş və 1975-ci ildən bəri ənənəvi hala çevrilmişdir.
    Bu bayramı qeyd edən xalqlar arasında təvazökarlığından tutmuş sərkərdəliyə qədər qadın şəxsiyyətlər yetirmiş Azərbaycan xalqı, bu bayrama daha çox diqqətlə yanaşmış, hər zaman onlara qayığı və dəstəkləyici mövqe nümayiş etdirmişdir.
    Tariximizi hərbi, iqtisad, siyasi, elmi və mədəni səhifələrlə zənginləşdirmiş kişilərlə yanaşı, qadınlarımız da çox olmuşdur.
    Buna misal olaraq oğlunun qisasını xüsusi məharətlə almış, qeyrətli ana simvolu kimi yaddaşları fəth etmiş Tomrisi, xalqımızın ilk diplomat qadını Sara xatunu, qadın olmasına baxmayaraq düşmənə baş əymədən ömrünü dağlarda qəhrəmanlıqla başa vurmuş dağlar qızı Reyhan, Həcər, Nigar xanımı, ilk təyyarəçi qadınlarımız Leylan Məmmədbəyova və Züleyxa Seyyidməmmədovanı, kino aktyor, bəstəkarlar və muğam ustalarına qədər yüzlərlə qadınlarımızı misal göstərmək olar.
    Azərbaycan qadını bütün bu xüsusiyyətləri ilə yanaşı həm də incə və həssas düşüncələrə malik olmuş, ataya ləyaqət, qardaşa qeyrət, həyat yoldaşına sədaqət nümayiş etdirmiş, milli və ümumbəşəri dəyər və adət ənənələrimizi layiqincə qorumuş və gələcək nəsillərə nümunə olmuşdur. Cəmiyyət və dövlət qarşısında hüquq və vəzifələrini hər zaman uca tutmuş Azərbaycan qadını zaman və şəraitindən asılı olmayaraq dövlətimizin idarə olunmasında yaxından iştirak etmiş, elmi və ictimai-siyasi fəallıq göstərmiş, istər öz ölkəmiz, istərsə də xarici ölkələrdə millət və dövlətimizi layiqincə təbliğ etmiş ali kürsülərdə səsimizi ucaltmış, vətəndaşlıq borcunu fəxarətlə yerinə yetirmişdir.
    1918-ci ildən cəmiyyətimizin idarə olunmasında, seçmək və seçilməkdə kişilərimizlə bərabər hüquqlar qazanmış Azərbaycan qadını Ulu Öndər Heydər Əliyevin də diqqətindən uzaq qalmamışdır. Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 06 mart 2000-ci il tarixli fərmanından sonra aparılmış uğurlu siyasətin nəticəsi olaraq qadınlar əvvəlki illərə nisbətən səhiyyə, təhsil,sərbəst sahibkarlıq, məşğulluq sahələrində daha yaxşı uğurlara imza atmışdır.
    Bu gün də ölkəmizdə həmin ali siyasətin davamı olaraq gender siyasətinin gücləndirilməsi, qadınların ictimai fəallarının artırılması üçün xüsusi tədbirlər həyata keçirilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmiş və bununla bağlı uğurlu tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki ölkəmizdə qadınlar mühüm dövlət qurumlarında,parlament, bələdiyyə,tibb və təhsil sahələrində uğurla təmsil olunur,idman sahəsinə önəmli töhfələr vermişlər.

    Onu da qeyd edək ki torpaqlarımızın azad olunmasından sonra bu bayramı qeyd etmək xalqımız üçün daha çox qürurverici bir hala çevrilmişdir. Nəinki 30 il, daha öncə itkin düşmüş və əsir alınaraq işgəncələrə məruz qalmış bütün ana və bacılarımızın qisası layiqincə alınmış tarixi bir ədalət bərpa olunmuşdur.
    Bu tarixi ədalətin bərpasında nə qədər şəhid və qazilərimizə borcluyuqsa, bir o qədər də onları böyüdən analara borcluyuq. Həmin analar ki onların hər biri qəhrəmandır. O analar qəhrəmandır ki, bu cür millət, dövlət və torpağına bağlı olan vətənpərvər ruhlu qəhrəman oğullar böyütmüşlər.
    Mən də Vətən müharibəsinin bir iştirakçısı olaraq həmin şəhid, qazi və veteranlarımızın ana bacıları, həyat yoldaşı və qız övladları başda olmaqla bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, hər birinə uzun ömür can sağlığı, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.
    Və sözümü Ulu Öndər Heydər Əliyevin bir cümləsi ilə bitirirəm. Qadınsız həyat yoxdur, insan yoxdur.
    Əziz qadınlarımız yaxşı ki varsınız!
    Qoşqar Orucov,
    Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib116 dəfə
    Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər

    Maraqlı gələ bilər
    47
    280
    0
    65
    42