Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan qlobal böhranların müzakirəsi baxımından mühüm məkana çevrilmişdir

0

  • İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi baş tutdu.
    Artıq Azərbaycanın mötəbər beynəlxaq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halını almışdır ki, bu da ölkəmizin yalnız regional deyil, həmçinin bəşəri problemlərin həllində önəmli yer tutduğunu göstərir. Bu gün Azərbaycan qlobal böhranların müzakirəsi baxımından mühüm məkana çevrilmişdir. Xüsusilə enerji məsələlərinin müzakirəsində ciddi rol oynayan Azərbaycan enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşa çevrilmişdir.
    Qaz ixracının coğrafiyasını ildən-ilə genişləndirən ölkəmiz alternativ enerji mənbəyi kimi Yaşıl Enerji layihəsinə imza ataraq əksər ölkələr üçün nümunə olmağı bacarmışdır. İyunun 4-də keçirilən Bakı Enerji Həftəsi də bunu deməyə əsas verir.
    Mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli tərəfdaşdır. 37 ölkədən 300-ə yaxın şirkətin Bakı Enerji Həftəsində iştirakı foruma yüksək marağın olduğunu göstərir.
    Ölkə başçımızın forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır.
    Cənab Prezident bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq bu gün 8 ölkənin Azərbaycan qazını idxal etdiyini və “Şahdəniz” layihəsinin qaza olan qıtlığı aradan qaldırdığını diqqətə çatdırdı.
    Dövlət başçımız enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu qeyd edərək bildirdi: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
    Dünya dövlətləri də bu reallığı yüksək qiymətləndirir. ABŞ Prezidenti Co Bayden forum iştirakçılarına ünvanladığı məktubda vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.
    Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan bu gün cənab Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində beynəlxalq arenada güc və qüdrət sahibi olaraq böyük nüfuza malikdir.
    Zülfü Quliyev,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib164 dəfə
    Azərbaycan qlobal böhranların müzakirəsi baxımından mühüm məkana çevrilmişdir

    Maraqlı gələ bilər
    105
    0
    138