Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Rusiya münasibətlərinin hazırkı durumu və gələcək perspektivlərini araşdırmaq üçün mühüm imkanlar yaradır. Prezident Əliyev müsahibəsində hər iki ölkə arasında tarixi dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. İqtisadi və enerji sahələrində birgə layihələrdən danışan dövlət başçısı, xüsusilə nəqliyyat dəhlizləri və enerji infrastrukturunun modernləşdirilməsi ilə bağlı işlərin sürətləndirildiyini qeyd edib. Azərbaycan ilə Rusiya arasında imzalanmış strateji tərəfdaşlıq sazişləri, regional sabitliyin və təhlükəsizliyin qorunmasında böyük rol oynayır.
Prezident Əliyev, eyni zamanda, iki ölkənin birgə səy göstərərək beynəlxalq platformalarda bir-birini dəstəklədiyini vurğulayıb. Azərbaycanla Rusiya arasında mədəniyyət, təhsil və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Müsahibədə vurğulanan əsas məsələlərdən biri də regional əməkdaşlıq formatlarının möhkəmləndirilməsi və iqtisadi inteqrasiyanın artırılmasıdır. Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan öz müstəqil xarici siyasətini qoruyaraq, qonşu dövlətlərlə səmərəli əlaqələri inkişaf etdirməkdə qərarlıdır.
Xocalı rayon ziyalısı Aqil Məmmədov