Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

0

  • Xocalı Rayon İcra Hakimiyyəti və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, "N" saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğundan, Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qazanılan uğurlardan, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətlərdən danışıb.

    Tədbir Xocalı rayon Mədəniyyət Evinin, Xocalı şəhər 1 və 3 nömrəli Uşaq-Uşaq musiqi məktəblərinin hazırladıqları konsert proqramı ilə davam edib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib228 dəfə
    azərbaycan silahlı qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

    Maraqlı gələ bilər
    0
    390
    37
    44
    50