Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan sonuncu Antiterror əməliyyatı ilə erməni separatizminin kökünü kəsdi

0

  • Hal - hazırda dünyanın bir çox nöqtəsində dövlətlərarası münasibətlər həddindən artıq gərginləşib və bəzi ölkələr arasında şiddətli müharibələr gedir. Bu gün Rusiya​ - Ukrayna, Fələstin - İsrail müharibələri dünyanın diqqət mərkəzindədir, demək olar ki, bü müharibələr bütün bəşəriyyəti düşündürən məsələlərdən birinə çevrilmişdir. Çünki müharibələr heç bir ölkəyə xeyir gətirmir, əksinə insan tələfatına, qətliamlara və böyük dağıntılara səbəb olur. Təkcə Fələstinlə İsrail arasında baş verən münaqişədə qısa zamanda 21 insanın qətlə yetirilməsi müasir dünyada həddindən artıq təəssüfləndirici bir haldır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan uzun illər separatizmdən, müharibələrdən əziyyət çəkən bir dövlət kimi bunu nə olduğunu daha yaxşı anlayır, dünyada sülhün bərqərar olması üçün əlindən gələni edir. Bizə zorla sırınmış Qarabağ münaqişəsi bir milyon Azərbaycan vətəndaşının məcburi köçkün vəziyyətinə düşub olmazın mərhumiyyətlərə düçar olub qeyri insani şəraitdə yaşamaq məcburiyyətində qalmasına və 30 min soydaşımızın mənfur düşmən tərəfindən qətlə yetirilməsinə gətirib çıxarmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ölkəmiz 2020 - ci ilin sentyabrında əks - hücum həmləsi ilə cəmi 44 günə mənfur düşmənin "məğlubedilməzlik " mifinə son qoyaraq erməni quldur dəstələrini məhv etdi. Erməni faşistlərinin qalıqları ölkə hüdudlarını tərk etdilər , yerdə qalanları isə ağ bayraq qaldıraraq təslim oldular. Ermənistanın baş naziri kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Çünki başqa çıxış yolları yox idi. Təəssüflər olsun ki, ermənilər işğal etdikləri ərazilərdəki bütün kənd və şəhərlərimizi darmadağın etmişdilər. Bu "mənzərəni" görən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, sanki buralardan vəhşi bir qəbilə keçmişdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan sonuncu Antiterror əməliyyatı ilə erməni separatizminin kökünü kəsdi. Azərbaycanın bütün çağırışlarına baxmayaraq Qarbağın erməni əhalisinin böyük əksəriyyəti ölkə ərazisini tərk etdilər. Bu gün onlar Azərbaycanın öz üzərinə götürdüyü bütün öhdəliklərə rəğmən, ölkəmizə qayıtmaq istəmirlər. Əslində onlar düz etdilər. Çünki bir yerdə yaşamaq o zaman mümkündür ki, ayrı yaşamaq mümkün olmasın. Ermənilər isə tarix boyu onlara qucaq açan hər kəsə xıyanət etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkəmiz, ərazilərimizdə​ törədilən erməni vəhşiliklərinə baxmayaraq, çox ciddi və sürətli quruculuq işləri aparır. Dekabrın 22 - də Xankəndi stadionunda bərpadan sonra Qarabağ - MOİK klubları arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun səkkizdə bir final mərhələsi oyununun keçirilməsi görülən işlərə parlaq misaldır. Əsaslı təmir edilmiş stadionun açılışında çıxış edən Azərbaycan Prezidenti qeyd etdi ki, bu idman arenası cəmi iki ay müddətində təmir edilmişdir. Vaxtilə burada çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan demişdir ki, Qarabağ Ermənistandır, nöqtə. Biz isə burada real şəkildə Qarabağ Azərbaycandır deyib nidanı qoyduq. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Xankəndi stadionunda baş tutan futbol oyununda topa ilk zərbəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurdu. O, bu zərbəni təkcə futbol topuna deyil, ümumilikdə erməni separatizminə vurdu. Bu Ali Baş Komandanın erməni separatizminə vurduğu sonuncu möhtəşəm zərbəsi idi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Yaşasın Azərbaycan!​ ​Qarabağ Azərbaycandır!​ ​ ​ ​
    Ziya Əliyev,​ ​
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib184 dəfə
    Azərbaycan sonuncu Antiterror əməliyyatı ilə erməni separatizminin kökünü kəsdi

    Maraqlı gələ bilər
    46
    41