Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Belarus arasındakı əməkdaşlıq ənənəvi dostluq əlaqələrinə söykənir

5/5

  • Azərbaycanın regionda, eləcə də beynəlxalq arenada artan nüfuzu dünya dövlətlərinin ölkəmizə olan diqqət və maraqlarının da artmasına səbəb olur. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin saylarının artması ölkəmizin regionda etibarlı tərəfdaşa çevrilməsindən, iqtisadi cəhətdən dinamik inkişaf etməsindən və regional təhlükasizlik baxımından aparıcı rol oynamasından irəli gəlir.
    Postsovet ölkələrinin dövlət rəhbərlərinin ölkəmizə səfərləri ənənəvi dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan həmişə-istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə əməkdaşlıq etdiyi ölkələrlə xoş münasibət quraraq qarşılıqlı əməkdaşlıq və mehriban dostluq prinsiplərinə sadiq qalmışdır. Bunun nəticəsidir ki, ölkəmizə səfər edən hər bir dövlət başçısı Azərbaycana olan dərin hörmət və ehtiramlarını ifadə edir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun geniş nümayəndə heyəti ilə Azərbaycana səfəri bunu bir daha təsdiqləyir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata birgə bəyanatla çıxış etdilər.
    Ölkə başçımız bu səfərin önəmli olduğunu və görüşlərin səmərəli keçdiyini qeyd edərək bildirdi ki, ölkələrimiz arasında mehriban dostluq əlaqələri mövcuddur. Bu əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialının müəyyən edilməsi üçün işlər aparılacaqdır.
    Cənab Prezident öz çıxışında görüşdə müzakirə edilən məsələlərdən-sənaye kooperasiyasından, həm Belarusda, həm də Azərbaycanda birgə istehsalın təşkilindən, hərbi sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələlərindən də söz açdı.
    Ölkə başçımızın Belarus şirkətlərini işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak etməyə dəvət etməsi də iki ölkə arasındakı dostluq münasibətlərinin sarsılmaz olduğunu göstərir.
    Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan-Belarus əlaqələri ənənəvi dostluq və mehribanlıq münasibətlərinə söykənərək daha da genişlənəcək və ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyəyə çatacaqdır.
    Zülfü Quliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib174 dəfə
    azerbaycan ve belarus arasindaki emekdasliq enenevi dostluq elaqelerine soykenir

    Maraqlı gələ bilər
    38
    42
    0
    36