Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə görüş keçiriləcək.
xocalininsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, görüş parlament sədrlərinin 6-cı Ümumdünya Sammitinə hazırlıq iclası çərçivəsində baş tutacaq.
Belə ki, Simonyan mayın 15-18-də İsveçrədə səfərdə olacaq.
Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında sonuncu görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1204131.html