Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər

0

  • Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsirlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
    Azərbaycanın bu görüşlərə dəvət olunması Mərkəzi Asiya ölkələri ilə dostluq, qardaşlıq münasiblərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
    Ulu Öndərimizin layiqli davamçısı “ Dəmir Yumruqlu” prezidentimizin iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etmişdir. Bu görüşlərin uğurlu və səmimi keçməsinə görə dəfələrlə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri ölkəmizi ziyarət etmişdirlər.
    Mərkəzi Asiya ölkələri ilə qardaşlıq münasibətlərimizi Ermənistanın işğalından azad edilmiş Qarabağım bərpasına dəstək qardaşlıq münasibətlərimizi bir daha təsdiqləyir. Buna misal olaraq ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Ölkəmizə göstərdikləri bu qardaşlıq münasibətləri üçün öz minnətdarlığımızı bildiririk.
    Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. 2023-cü ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızı daha da möhkəmləndirdi.
    Prezidentimizin apardığı uğurlu siyasətlər nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanaraq 2024-cü ilin noyabr ayında COP-29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
    İnanırıq ki, Mərkəzi Asiya ölkələri Prezidentləri də Azərbaycan COP-29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün birgə təşəbbüsləri dəstəkləyərək münasibətləri daha da möhkəmləndirib uğurla davam edəcəyik.
    Azərbaycanımız olmaqla bütün dost və qardaş ölkələrimizə hər zaman uğur arzulayıram. Yaşasın Azərbaycan və tarix yazan Cənab Prezidentimiz İlham Əliyev!
    Ulduz Əsgərova,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib200 dəfə
    azərbaycan mərkəzi asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər

    Maraqlı gələ bilər
    0
    95
    136
    162
    118