Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Pakistan arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir

0

  • Azərbaycan erməni quldurları tərəfindən işğal edilmiş torpaqları sülh yolu ilə azad etmək üçün 30 ilə yaxın bir müddətdə çox ciddi və məqsədyönlü mübarizə apardı. Təəssüf ki, bütün bu cəhdlər ermənilərin sərgilədiyi qeyri - konstruktiv mövqe ucbatından heç bir nəticə vermədi. Eyni zamanda münaqişənin həll olunması üçün müvəkkil edilmiş beynəlxalq qurumların da yarıtmaz fəaliyyəti erməniləri ərköyün övlad durumuna gətirmişdi. Məhz buna görə də Azərbaycan, torpaqları hərbi- siyasi yolla həll etmək qərarına gəldi. 2020 - ci il sentyabrın 27 - də erməni fahişələrinin növbəti təxribatına qarşılıq olaraq Azərbaycan ordusu əks hücum əməliyyatlarına başlayaraq düşməni işğal altındakı ərazilərimizdən qovmağa başladı. Cəmi 44 davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Mənfur düşmən kapitulyasiya aktına imza atmasına baxmayaraq yenə də ərazilərimizdə müəyyən qrup ordu qüvvələri saxladı. Bütün cəhdlərə baxmayaraq erməni silahlıları yenə də Azərbaycan ərazisində qalmaqda davam etdilər. Azərbaycan yenidən antiterror əməliyyatı keçirtmək məcburiyyətində qaldı. 2023 - cü ilin sentyabr ayının 19-u keçirilən antiterror əməliyyatı nəticəsində erməni silahlılarının qalıqları da cəmi 23 saat ərzində Azərbaycan ordusu tərəfindən məhv edildi. Bununla da Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. İstər işğal dövründə, istərsə də Vətən müharibəsi zamanı ölkəmizin haqq işini dəstkləyən və ya dəstəkləməyə dövlətlər var idi. Ancaq ölkəmizi həm maddi, həm də mənəvi şəkildə dəstəkləyən iki dövlət var idi ki, bunlardan biri qardaş Türkiyə, digəri isə qardaş Pakistan İslam Respublikası idi. Onlar birmənalı olaraq ölkəmizin haqq işini dəstəkləyirdilər. Məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan bu gün də Ermənistanı suveren dövlət kimi tanımır. İyulun 11 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına səfər etmişdir. Azərbaycan Prezidentinin təyyarəsini Pakistanın hava məkanında ölkənin hərbi hava qüvvələrinin qirıcı təyyarələri tərəfindən müşayiət edilməsi, Azərbaycan Prezidentini hava limanında şəxsən Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərif tərəfindən qarşılanması iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu bildirirdi. İki qardaş ölkə başçıları arasında müxtəlif tərkibdə aparılan danışıqlardan sonra hər iki dövlətin başçıları mətbuata bəyanatla çıxış etmişlər. Azərbaycan Prezidenti qeyd etmişdir ki, bizim dostluğumuzun tarixi qədimdir. Mən çox sevinirəm ki, 7 il bundan öncə Pakistanın dövlət Başçısı olaraq qardaşım Nəvaz Şəriflə görüşmüşəm. İndi isə burada məni qardaşımın qardaşı Şahbaz Şərif dövlət başçısı kimi qəbul edir və mən buradan ona salamımı, ehtiramımı göndərirəm. Azərbaycana gələn pakistanlılar İçərişəhəri ziyarət edərkən Karvansaranı görəndə, onu "Multan" adlandırırlar . Son illər iki ölkə arasında gediş - gəlişin artmasını nəzərə alaraq biz Bakı - İslamabad, Bakı - Kəraçi, Bakı - Lahor arasında birbaşa uçuşları artıq müzakirə etmişik. Onu da əlavə edim ki, biz iki ölkə olaraq həmişə beynəlxalq müstəvidə bir - birimizi dəstəkləmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana son səfəri iki ölkə arasındakı münasibətlərə yeni faydalar, yeni çalarlar gətirəcəkdir. Ələddin Əhmədov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib132 dəfə
    Azərbaycan Pakistan arasında ictimai hərbi humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir

    Maraqlı gələ bilər
    55