Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Qazaxıstan arasındakı dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edəcək

0

  • SSRİ dövründə imperiya rəhbərliyi Azərbaycanın Türk dövlətləri ilə, o cümlədən Türkiyə ilə, yaxınlaşmasına qətiyyən imkan vermir, türkçülüyü təbliğ edənlərə pantürkist, isalamı təbliğ edənlərə isə panislamist damğası vururdu. Xüsusilə ölkəmizin Türkiyə Cümhuriyyəti ilə əlaqələr qurmasından oddan qorxan kimi qorxurdular. Bilirdilər ki, türksoylu xalqların yaxınlaşması gələcəkdə daha böyük bir birliyin yaranmasına səbəb olacaq və hegemon dövlətlər bu birlik ölkələri ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. SSRİ - nin süqutundan sonra birinci növbədə Azərbaycan və Türkiyənin çoxdan arzuladıqları məqam yetişdi və iki ölkə arasındakı münasibətlər dərinləşməyə başladı. Digər Türk dövlətləri isə bu münasibətlərin hansı formada inkişaf edəcəyini tərəddüdlə izləmə mövqeyi tuturdular. Ancaq iki dövlət arasındakı münasibətlərin hər iki ölkənin iqtisadi və siyasi durumuna müsbət təsirini görüncə digər Türk dövlətləri də bu birliyə qoşulmağa can atdılar. Nəticədə əvvəlcə Türkdilli Dövlətlər təşkilatı, daha sonra isə Türk Dövlətləri Təşkilatı yarandı. Türk Dövlətləri Təşkilatının yaranmasında böyük pay sahibi olan Azərbaycan, 2020 - ci ilin 27 sentyabrında 30 il erməni işğalı altında qalan ərazilərini azad etmək məqsədilə əks hücum həmləsi ilə müharibəyə başladı. Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində düşmən ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın düşmən üzərində möhtəşəm qələbəsi, onun nüfuzunun beynəlxalq müstəvidə güclənməsinə səbəb oldu. Ölkəmizin qələbəsi Türk dövlətləri tərəfindən də rəğbətlə qarşılandı və onlar Azərbaycana işğaldan azad edilmiş ərazilərdə quruculuq - bərpa işlərində dəstək olacaqlarını elan etdilər.
    Martın 11- də Qazaxıstan Respublikasının Prezidenti Kasımjomart Tokayev Azərbaycana səfərə gəlmişdir. Səfərin məqsədi Qazaxıstan Respublikasının vəsaiti hesabına Füzuli şəşəhərində inşa edilmiş Mədəniyyət mərkəzinin açılışında iştirak etmək idi. Qazaxıstan Respublikasının prezidentini yüksək səviyyədə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyev ona ölkəmizə göstərdiyi qardaş köməyi üçün təşəkkür etdi. Qazaxıstan Prezidenti ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı.
    Daha sonra Şuşa şəhərinə səfər edən Prezidentlər bir çox tarixi memarlıq abidələrini ziyarət ediblər. Mətbuata müsahibə verən Azərbaycan Prezidenti Qarabağın inkişafının hələ 1969 - ildən, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlandığını vurğuladı. Vaxtilə onun təşəbbüsü ilə Xankəndiyə dəmir yolu çəkilmişdir. Şuşada bir çox memarlıq abidələrinin bərpası, Vaqifin məqbərəsinin açılışı da məhz Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi zamanda baş vermişdir. O qeyd etmişdir ki, indi Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə daha geniş abadlıq işləri həyata keçirilir. Qarabağ getdikcə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
    Eldəniz Məhərrəmov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib226 dəfə
    Azərbaycan Qazaxıstan arasındakı dostluq qardaşlıq münasibətləri daha da inkişaf edəcək

    Maraqlı gələ bilər
    34
    51
    40
    107