Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Rusiya arasındakı dostluq, mehriban qonşuluq əlaqələri yeni mərhələyə qədəm qoyur

0

  • Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
    Cənab prezidentin bu görüşə dəvət olunması, dərin hörmət və ehtiramla qarşılanması, görüşün Azərbaycan bayraqları ilə bəzədilmiş fonda təşkili dövlətimizə olan etibarın, sədaqətin, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür. Dövlət başçımızın da qeyd etdiyi kimi 2000-ci illərin əvvəlində Azərbaycan və Rusiya arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilir. 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bu gün keçdiyimiz yolun başlanğıcı oldu.
    Rusiya dövlət başçısının və çıxış edən iştirakçıların Heydər Əliyevi böyük ehtiramla anmaları, onun BAM-ın tikintisində müstəsna rol oynadığını dilə gətirmələri ölkəmiz adına böyük fəxarətdir.
    Dövlət başçımız da öz çıxışında dərin təşəkkürünü bildirərək Heydər Əliyevin Kremldə işlədiyi illərdə belə bir mürəkkəb layihənin həyata keçirilməsində əlindən gələni əsirgəmədiyini diqqətə çatdırdı. Heydər Əliyevin böyük çətinliklərlə BAM-a getməsi, işçilərlə görüşərək 10 gün sevinc və kədərini onlarla bölüşməsi bugünkü gündə onun əziz xatirəsinin ehtiramla yad edilməsinin təsadüfi olmadığını göstərir. Anqora qəsəbəsində vağzalın Heydər Əliyevin adını daşıması da Ümummilli liderimizin fəaliyyətinə verilən ən böyük dəyərdir.
    Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır.
    Cənab prezident də çıxışında qeyd etdi ki, bu gün biz təkcə nəqliyyat layihələri həyata keçirmirik, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Ümumittifaq layihəsinə çevrilən Baykal-Amur Magistralı kimi Şimal-Cənub nəqliyyat dəhlizi də beynəlxalq əməkdaşlıq nümunəsinə çevrilməlidir.
    Bütün bunlar əsas verir ki, gələcəkdə Azərbaycan-Rusiya əməkdaşlığı daha da genişlənəcək, regional layihələrin həyata keçirilməsində həmrəylik nümayiş etdiriləcəkdir.
    Ümid edirik ki, Azərbaycan və Rusiya arasındakı yeni münasibətlər bölgəyə sülh və əmin-amanlıq gətirəcəkdir.

    Zülfü Quliyev, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib138 dəfə
    Azərbaycan Rusiya arasındakı dostluq mehriban qonşuluq əlaqələri yeni mərhələyə qədəm qoyur

    Maraqlı gələ bilər
    60
    49
    0
    51
    23
    109