Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu

0

  • Azərbaycan xalqı 30 ilə yaxındır bu əmri gözləyirdi, 30 ilə yaxındır ki, Qələbəni gözləyirdi. Və o əmr 2020-ci ilin sentyabrın 27- də gəldi. O əmrlə birgə Azərbaycan Ordusu əks hücum əməliyyatlına başladı. O əmr ki, bütün Azərbaycan xalqını bir yumruq altında birləşdirdi, bütün dünyaya xalqımızın birliyini, gücünü, yenilməzliyini bir daha sübut etdi.

    Sentyabrın 27- də başlanan əks hücum əməliyyatı fitnəkar düşmənin sonunda öz məğlubiyyətini anlayaraq, noyabrın 10-da kapitulyasiya aktının imzalaması ilə sona çatmışdır.

    44 gün… Cəmisi 44 gün çəkmiş olan Vətən müharibəsinin sonu 30 il ərzində əldə oluna bilməyən Qələbə ilə bitmişdir. Azərbaycan Ordusu bu zaman ərzində Azərbaycanın 20% işğal olunmuş bütün torpaqlarını geri qaytarmış və bütün dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxmışdır. Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

    Kapitulyasiya aktına görə isə bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanaraq öz qüdrətini bir daha dünyaya isbat etmiş oldu.

    Təbii ki, bütün bunları qeyd edərkən, strateji üstünlüyü və Qələbəni təmin etmiş Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətindən danışmamaq olmaz. Bütün bu illər ərzində münaqişənin həllinin sülh yolu ilə həll olunması üçün başda Ulu öndər Heydər Əliyev olmaqla və onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev çox çalışmış, dəfələrlə dünyanı bu məsələnin həllinə baxılması üçün masaya dəvət etmişlər. Amma 30 il davam edən beynəlxalq riyakarlıq nəticəsində bu məsələ öz həllini tapmamış və Azərbaycan öz haqqını tələb etmək və öz hüququnu qorumaq naminə Vətən müharibəsinə başlayaraq, onların 30 il ərzində etmədiklərini öz gücü hesabına əldə etmişdir.

    Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir.

    Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

    Ali Baş Komandanımızın Xankəndidə və Xocalıda ucaltdığı üçrəngli bayrağımız bizlərə qürur hissi verir.

    Prezidentimlə fəxr edirəm. Bizə yaşatdığı sevincə görə öz təşəkkürümü bildirirəm.

    Yaşasın Azərbaycan!
    Yaşasın Azərbaycan Prezidenti İlham Əliyev!

    İlahə Kərimova,
    Xocalı rayon sakini

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib60 dəfə
    meqaleler

    Maraqlı gələ bilər
    52
    62
    52
    44
    48