Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır

0

  • Hələ pandemiya dövründə dünyanın bir çox siyasətçiləri vurğulayırdı ki, pandemiyadan sonra dünyanın düzəni bu və ya digər formada dəyişəcəkdir. Demək olar ki, bu mülahizələr bir çox məqamlarda özünü doğrultdu. Qeyd olunan düzən dəyişikliklərindən bəzi dövlətlər zərər gördüyü halda, bir sıra dövlətlər də xeyirlə çıxmağı bacardı. Böhranı öz xeyrinə çevirən ölkələrdən biri də Azərbaycan oldu. Belə ki, pandemiyanın tüğyan etdiyi bir zamanda torpaqları 30 il düşmən tapdağında qalan Azərbaycan 27 sentyabr 2020 - ci il tarixdə düşmənin növbəti təxribatına qarşı əks hücuma başladı. Başlanmış əks hücum əməliyyatları qısa zaman kəsiyində genişlənib Vətən müharibəsinə çevrildi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu cəmi 44 gün ərzində düşmən qüvvələrini darmadağın edərək torpaqlarımızı azad etdi. Düşmən təslimçilik aktına imza atmağa məcbur edildi. Ölkəmizin qısa vaxtda əldə etdiyi nailiyyətlər dünya ölkələrinin diqqətini cəlb etməyə başladı. Müharibənin vurduğu ziyanı, erməni vandallarının törətdikləri vəhşilikləri aradan qaldırmaq çətin olsa da Azərbaycan Prezidentinin apardığı məqsədyönlü və doğru siyasi gedişlər sayasində həm siyasi, həm də iqtisadi sahədə bir çox uğurlara imza atıldı. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, infrastrukturun bərpası, yaşayış məntəqələrinin inşa edilməsi, əhalinin doğma yurda qayıtması prosesinə başlanılması kimi addımların atılması Ölkə Başçısının reallaşdırdığı möhtəşəm işlərdən olduğunu qeyd etmək yerinə düşərdi. Qeyd olunduğu kimi qısa zamanda görülən işlər dünya dövlətlərinin Azərbaycana olan marağını birə - beş artırdı. Bütün bunlar Azərbaycan Prezidentinin xarici ölkələrə, xarici ölkə rəhbərlərinin Azərbaycana mütəmadi səfərlər etmələrinə, ölkəmizdə bir çox beynəlxalq əhəmiyyətli forumların və tədbirlərin keçirilməsinə gətirib çıxardı . Hal - hazırda ölkəmiz COP 29- un keçirilməsinə ev sahibliyi etmək üçün hazırlıq işlərini davam etdirir. Ölkəmiz artıq Yaşıl Enerji resurslarının daha geniş şəkildə tətbiq olunmasının təşəbbüskarı kimi də tanınır. Martın 1 - də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10 - cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2 - ci iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etmişdir. O, çıxışında istər Cənub Qaz Dəhlizinin, istərsə də Yaşıl Enerji layihələrinin nə qədər əhəmiyyətli bir layihələr olduğunu bir daha xüsusi vurğuladı. Prezident qeyd etdi ki, Cənub Qaz Dəhlizi artıq üç ildir ki, işləyir. Bu, uğur hekayəsidir. Bu, eyni zamanda Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu gün Avropanın bəzi dövlətlərinin, Avropa Şurasının Azərbaycana qarşı sərgilədikləri qərəzli mövqeyə baxmayaraq, ölkəmiz verdiyi sözə sadiq qalan, dünya iqtisadiyyatına mühüm töhfələr verən iri miqyaslı layihələr həyata keçirən bir dövlət kimi həm Avropa, həm də dünya üçün ehtiyac duyulan ölkələrdəndir. Əminliklə demək olar ki, tezliklə ölkəmizə qarşı qərəzli mövqedə dayanan ölkələr səhvlərinin fərqinə varacaq, ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələri nəzərdən keçirib yenə də Azərbaycanın yanında olacaqlar. Çünki bunun alternativi yoxdur. Ələddin Əhmədov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib296 dəfə
    Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır

    Maraqlı gələ bilər
    245
    0