2023-cü il avqustun 19-da Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri olmuşdur.Səfər zamanı rəsmi qarşılanmadan sonra Rusiya prezidenti ilə Azərbaycanın dövlət başçısı arasında mühüm əhəmiyyət kəsb edən iqtisadi, ticari və siyasi məsələlər müzakirə olunmuşdur. 2022-ci il fevralında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji xüsusiyyət kəsb edən dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu il iki dəfə Moskvada və bir dəfə beynəlxalq tədbirdə hər iki dövlət başçısı arasında görüş keçirilmişdir.
Azərbaycanda rus dilində tədris aparılan 160 min şagird təhsil alır. 800 mindən çox şagird ikinci xarici dil kimi rus dilini öyrənir. Ölkəmizin ali təhsil müəssisələrinin 26-sında 15 mindən artıq tələbə rus bölməsində təhsil alır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetlərinin filialları uğurla fəaliyyət göstərir.
Bu gün Cənubi Qafqazda uzunmüddətli sülhün və sakitliyin qorunub saxlanılması üçün Rusiya ilə Azərbaycan mühüm əhəmiyyətə malik ölkələrdir. Azərbaycan və Rusiyanın təşkil etdiyi “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu tam şəkildə reallaşdırılıb və fəaliyyət göstərir. Dəmir yol şəbəkəsinin normal fəaliyyəti üçün 120milyon dollara bərabər vəsait nəzərdə tutulmuşdur. Rusiya və Azərbaycanın müxtəlif bölgələri araında hər gün 20 reys həyata keçirilir. Xəzərin ekoloji təmizliyinin mühafizəsi həm Azərbaycan, həm də Rusiya dövlətlərindən çox asılıdır. Azərbaycanın COP-29 iqlim konfransına ev sahibliyi etməsi Rusiya Federasiyası tərəfindən dövlət və qonşu dövlət kimi müsbət qarşılanmışdır.
Rusiya və Azərbaycan bir çox mühüm əhəmiyyətli platformalarda, eynilə BMT və MBD çərçivəsində sıx əlaqəyə malikdir. 2020- 2022-ci illərdə Azərbaycan, Rusiya prezidentləri, Ermənistan Baş naziri arasında olan görüşlər gələcəkdə sülh sazişinin imzalanmasında kömək edəcək.
Aydın Həsənov, Birinci Qarabağ Müharibəsi veteranı