Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

0

  • XXI əsr internet əsri olduğu kimi, indiki zamanda dünyada gedən proseslər də sürətlə bir - birini əvəz edir. Bu məqam istər iqtisadi, istər siyasi, istərsə də dövlətlərarası münasibətlərdə​ özünü daha parlaq şəkildə büruzə verir. Bu gün kənardan düşmən kimi görünən dövlətlər birdən - birə dosta və ya, əksinə, düşmənə çevrilə bilər. Bu da təbii bir haldır. Çünki indi dünyanı idarə edənlər siyasi və iqtisadi münasibətlərə daha real və praqmatik yanaşırlar. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Yuxarıda qeyd olunanları Ermənistanın hazırkı durumunda açıq - aydın müşahidə etmək mümkündür. Tarixin müəyyən mərhələlərində böyük güclərin əlində alətə çevrilmiş Ermənistan, indi demək olar ki, bir neçə dövləti çıxmaq şərtilə, heç kəsə lazım deyil. Çünki daim forpost rolunu oynayan, yalnız öz ağalarının əmrini yerinə yetirən, qonşuları ilə həmişə konfliktdə olan, özünün iqtisadiyyatını gücləndirmək üçün heç bir addım atmayan, bəsləmə bir Ermənistan ağır daş kimi dünyanın boynunda yük olmaqdadır. Dünyanın iki süpergücü - Amerika və Rusiya - tərəfindən eyni vaxtda dəstəklənən Ermənistan, artıq tutduğu mövqeyə görə Rusiya tərəfindən demək olar ki, dəstəklənmir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycanın dünyadakı nüfuzu son illərdə atdığı addımlar nəticəsində günü - gündən artmaqda davam edir. Ölkəmiz Vətən müharibəsi nəticəsində cəmi 44 günə torpaqlarını erməni faşistlərindən azad etmiş, 19 sentyabr 2023 - cü il tarixdə antiterror əməliyyatı keçirdərək öz ərazisində separatizmin kökünü kəsmiş, üstəlik bu əməliyyatı həyata keçirərkən dinc əhali arasında heç bir tələfata yol verməmiş və işğaldan azad edilmiş ərazilərdə quruculuq - bərpa işlərinə başlamışdır. Bütün bu görülən işlər Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Dekabrın 15 - də BMT- nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29 - cu sessiyasının - COP 29 - un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət Başçısı müşavirədə çıxış edərək bu tədbirlə əlaqədar bir çox məsələlərə aydınlıq gətirib. O, qeyd etmişdir ki, COP 29 - un Azərbaycanda keçirilməsi ölkəmiz üçün möhtəşəm bir hadisədir. Prezident əlavə etmişdir ki, hətta Birinci Avropa oyunlarında belə Azərbaycanda keçiriləcək bu tədbirdəki qədər nümayəndə iştirak etməmişdir. COP 29 - un Bakıdakı konfransında təxminən 70 - 80 min nəfərin iştirakı gözlənilir ki, bu da ölkə tarixində möhtəşəm bir tədbirin keçiriləcəyindən xəbər verir.
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Daha sonra Ölkə Başçısı qeyd etdi ki, antiterror əməliyyatlarından sonra bəzi ölkələr bizi ittiham etməyə çalışsa da bunun heç bir əhəmiyyəti olmadı. Çünki haqq - ədalət bizim tərəfdə idi. O, ittihamlar tamamilə əsassız idi. Əlbəttə onların önündə birinci olaraq Fransa gedirdi. Onlar ermənilərdən daha çox erməni olmağa çalışırdılar. Ancaq bütün bu cəhdlər boşa çıxmaqda davam edir. İndi Azərbaycan dünyanın diqqət mərkəzində olan, qlobal layihələrdən hesab edilən Yaşıl enerji layihələrini geniş şəkildə həyata keçirməkdədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ölkəmizin hal - hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi daxili və xarici siyasət onun parlaq gələcəyinin müjdəçisidir. COP 29 - un gələn il Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ölkəmizin doğru inkişaf yolunda irəlilədiyini təsdiq edir.
    Vəfa Məmmədova,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib179 dəfə
    Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

    Maraqlı gələ bilər
    55
    59
    57
    42