Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanı işıqlı gələcəyə aparan yol

0

  • Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı.

    “Bu gün biz nisbətən qısa zamanda, təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”. Bəli, cənab Prezidentin Azərbaycanı işıqlı və parlaq gələcəyə hesablanmış açılış mərasimindəki bu çıxışı biz Xocalıları da qürurlandırır. Şübhəsiz ki, bu hadisə Prezidentimizin hakimiyyəti dövründə ölkəmizin qeyri-neft iqtisadiyyatına yatırılan ən böyük xarici investisiyalardan biri olmaqla, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm bir addımdır. Eyni zamanda, ölkəmizdə “yaşıl enerji”nin inkişafı və tətbiqi digər iqtisadi, ekoloji və sosial məqsədlərlə uzlaşaraq onu yeni iqtisadi sistemin fundamental parçalarından birinə çevirəcək.

    Bu cür layihələr, həmçinin enerji mənbələrinin diversifikasiyasına və digər yanacaq növlərindən asılılığı azaltmaqla ölkəmizin enerji təhlükəsizliyinin artmasına səbəb olacaq: “Qeyd etməliyəm ki, “yaşıl enerji” yerli istehsaldır və geosiyasi münaqişələr və ya bazar dalğalanmaları nəticəsində yaranan təchizatın pozulmasına daha az həssasdır. Bu da Azərbaycanın gələcəkdə baş verə biləcək enerji böhranlarına qarşı həssaslığını minimuma endirəcək. Bərpa olunan enerji mənbələri günəş işığı və külək kimi sərbəst mövcud resurslara əsaslandığından sabit və proqnozlaşdırıla bilən əməliyyat xərclərinə malikdir. Bu, enerji qiymətlərinin sabitləşməsinə, istehlakçıların və müəssisələrin enerji qiymətlərinin dəyişməsinə qarşı həssaslığını azaltmağa kömək edəcək. Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir. Azərbaycanın bu sahədə də liderliyi əməli işdə nümayiş etdirilir

    Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirir.

    Kənan Quliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib76 dəfə
    azərbaycanı işıqlı gələcəyə aparan yol

    Maraqlı gələ bilər
    67
    47
    30
    167
    42