Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın Afrika qitəsi ilə əməkdaşlığında yeni səhifələr açılır

0

  • Son dörd ildə Azərbaycanda çox mühüm hadisələr baş vermişdir.
    Dünyanın pandemiyaya qarşı mübarizə apardığı zaman kəsiyində ölkəmiz bu bəlayla mübarizə aparmaqla paralel olaraq torpaqlarımızı 30 il işğal altında saxlayan mənfur erməni fahişələrinə qarşı da mübarizə aparmaq məcburiyyətində qalmışdır. Ölkəmiz bu çətin zamanda təkbaşına düşmənin ardı - arası kəsilməyən təxribatlarına cavab olaraq əks hücum həmləsi ilə başlatdığı 44 günlük Vətən müharibəsində düşmənin başını əzərək quldur tör - töküntülərini ölkəmizin hüdudlarından kənara çıxarmağa müyəssər oldu. Müharibədə rüsvayçı şəkildə məğlub olan düşmən kapitulyasiya aktında nəzərdə tutulmuş müddəaların böyük əksəriyyətinə əməl etmədi və separatçı qüvvələrin xeyli hissəsini Azərbaycan ərazisində saxladı. Bütün səylərə baxmayaraq erməni separatçıları özlərinin quldur dəstələrinin Azərbayca ərazilərindən çıxarılmasını təmin etmədilər. Azərbaycan 2023 - cü ilin 19 sentyabrında Antiterror əməliyyatı keçirərək cəmi 23 saat ərzində erməni quldurlarını ölkəmizin ərazisini tərk etdilər. Bununla da Azərbaycan ölkəmizin bütün ərazilərində özünün suveren hüququnu bərpa etdi. Artıq ölkəmizin hər yerində istisnasız olaraq Üçrəngli Azərbaycan bayrağı dalğalanmaqdadır. Ölkəmiz Vətən müharibəsində olduğu kimi iqtisadi və siyasi sahələrdə də çox böyük uğurlara imza atmışdır. Cəmi dörd il ərzində işğaldan azad edilmiş ərazilərdə çox böyük quruculuq işləri görülmüş, Böyük Qayıdış proqramına start verilmişdir. Artıq günbəgün insanlar işğaldan azad edilmiş dədə - baba yurdlarına qayıdırlar. Vətən müharibəsinin başa çatmasından dərhal sonra ölkəmiz bir - birinin ardınca müxtəlif beynəlxalq forumlara, festivallara və digər beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdi.
    İndi qürurla demək olar ki, Azərbaycan dünyanın diqqət mərkəzində olan güclü dövlətdir. Bunu COP 29 - un bu il Azərbaycanda keçiriləcəyinin qərara alınması, bir çox ölkələrin başçılarının ölkəmizə səfərləri sübut edir. Elə martın 4 - də Konqo Respublikasının Prezidenti Deni Sassu - Nqessonun Azərbaycana ilk səfəri bu qəbildən olan səfərlərdən biridir. Bu səfər Azərbaycanla Afrika qitəsi ilə əməkdaşlıqda yeni səhifələr açacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin əhəmiyyətinə toxundu və Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini bildirdi. Öz növbəsində Konqo Respublikasının Prezidenti də İlham Əliyevə səmimi qəbul üçün təşəkkürünü bildirdi və Azərbaycan Prezidenti tərəfindən COP 29 - a dəvət olunmağını da məmnunluqla qarşıladığını qeyd etdi. Konqo Respublikasının Prezidenti ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanış olarkən bu xidmətin Ölkə Başçısı ilham Əliyevin təşəbbüsü ilə yaradılmış dünyada bərabəri olmayan bir Azərbaycan brendi olduğunu da xüsüsi olaraq qeyd etmişdir. Bütün qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm addımlar atır və bu addımlar ölkəmizin daha da güclənməsinə səbəb olur. Ələddin Əhmədov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib221 dəfə
    Azərbaycanın Afrika qitəsi ilə əməkdaşlığında yeni səhifələr açılır

    Maraqlı gələ bilər
    44
    53
    45
    23