Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın nüfuzu bölgədə və dünyada günbəgün artmaqdadır

0

  • Azərbaycanın nüfuzu bölgədə və dünyada günbəgün artmaqdadır. Bütün bunlar son illər ölkə Başçısı cənab İlham Əliyevin apardığı avanqard, məqsədyönlü daxili və xarici siyasət nəticəsində yaranmışdır. İndi Azərbaycan Prezidentinin həyata keçirdiyi bütün işlər demək olar ki , dünyanın əksər dövlətləri tərəfindən dəstəklənir və təqdir edilir. Bölgədə demək olar ki, heç bir iri layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir və ümumiyyətlə keçirilməsi mümkün deyildir. Digər bir tərəfdən də yerləşdiyimiz coğrafi məkan və tutduğumuz demokratiya yolu bunları labüd edir. Son dörd ilə nəzər salsaq , görərik ki , ölkəmiz qısa zamanda çox böyük yol keçmişdir . Doğrusunu söyləsək , 2020 - ci ilin sentyabrına qədər bütün beynəlxalq tribunalarda Azərbaycan, yalnız ölkəmizə zorla sırınmış Qarabağ problemini ön plana çəkir və bu problem bir növ əl - qolumuzu bağlayır, dünya ölkələri ilə digər sahələrdə əməkdaşlığa əngəllər törədirdi. 2020 - ci ilin sentyabr ayının 27 - də başlayan 44 günlük Vətən müharibəsi ölkəmiz üçün düyünə çevrilmiş Qarabağ probleminin birdəfəlik həllinə gətirib çıxardı , torpaqlarımız işğaldan azad edildi . 2024 - cü il iyulun 4 - də Qazaxıstanın paytaxtı Astana şəhərində "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında görüş keçirilib . Bütün Zirvə görüşlərində olduğu kimi bu görüşdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib . Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin dəvəti ilə fəxri qonaq qismində bu zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdir . Azərbaycan Prezidenti əvvəlcə görüşə dəvət üçün Qazaxıstan Prezidentinə təşəkkür etdi . Daha sonra Ölkəmizin Başçısı qeyd etdi ki, bu mənim qardaş Qazaxıstan Respublikasına son iki il ərzində dördüncü səfərimdir . Eyni zamanda Qazaxıstan Prezidenti də ölkəmizə 3 dəfə səfər etmişdir . Bu da əməkdaşlığımızın yüksək səviyyədə olduğunu göstərir . Biz bölgədə Orta Dəhlizin əsas hissəsi olan Bakı - Tbilisi- Qars dəmiryolunun illik ötürücülük qabiliyyətini Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon qədər artırmışıq . Bundan başqa Azərbaycan Ələt Beynəlxalq Ticarət Limanının ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon qədər artırmaq niyyətindəyik . Daha sonra Azərbaycan Prezidenti qeyd etdi ki , biz qlobal istiləşmə ilə əlaqədar yaşıl enerji mənbələrinin istifadəsinə üstünlük veririk və 2024 - cü il ölkəmizdə mənim tərəfimdən " Yaşıl Dünya Naminə Həmrəylik İli " elan edilmişdir. Digər yandan 200 ölkənin dəstəyi ilə COP 29 - un ölkəmizdə keçirilməsi də ölkəmiz üçün mühüm hadisələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin "ŞƏT plyus" formatındakı görüşündəki iştirakı ölkəmizin bölgədəki liderliyinin daha bir göstəricisidir.
    Eldəniz Məhərrəmov,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib117 dəfə
    xeberler ilham eliyev

    Maraqlı gələ bilər
    45
    40
    49