Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Azərbaycanın Prinsipial Mövqeyi: Avropa İttifaqının Siyasi Yanaşmalarına Qarşı”

0

  • “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional və qlobal məsələlərə dair verdiyi açıq və prinsipial bəyanatlarla yadda qaldı. Forum zamanı səsləndirilən fikirlər sırasında Prezidentin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Özbəkistanda keçirilən Mərkəzi Asiya ölkələrinin liderləri ilə Zirvə görüşündəki şərhlərinə reaksiyası xüsusi diqqət çəkdi. Prezident bildirdi ki, həmin şərhlərdən xəbər tutanda təəccübləndi və bu təəccüb sadəcə informativ mahiyyət daşımırdı – o, bir neçə əsaslı məqamı gündəmə gətirirdi: ikili standartlar, qeyri-obyektiv yanaşma və Cənubi Qafqazın reallıqlarına qərəzli baxış.

    Ursula fon der Lyayenin səsləndirdiyi şərhlər Avropa İttifaqının müəyyən dairələrinin hələ də Cənubi Qafqazla bağlı məsələlərdə obyektiv mövqe sərgiləmək əvəzinə, Ermənistanın maraqlarına uyğun şəkildə danışdığını göstərdi. Bu, ilk belə hal deyil. Prezident Əliyev haqlı olaraq qeyd etdi ki, bu cür mövqelər təkcə Azərbaycanı təəccübləndirmir, eyni zamanda Avropa İttifaqının regionda neytral vasitəçi olmaq iddialarını da sual altına alır. Çünki bir tərəfin haqlarını görməzdən gəlib digər tərəfin təsirsiz fikirlərini əsas kimi qəbul etmək, artıq vasitəçilik deyil, tərəfkeşlikdir. Mərkəzi Asiya liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli bir tədbirdə Azərbaycanın iştirak etmədiyi halda, ölkəmizə yönəlik qeyri-obyektiv fikirlərin səsləndirilməsi nə diplomatik etiketə, nə də beynəlxalq münasibətlərə uyğun gəlir.

    Prezident İlham Əliyevin təəccübünü ifadə etməsi əslində daha dərin bir siyasi reaksiyanı – prinsipial narazılığı əks etdirirdi. Azərbaycanın son illərdəki inkişafı, suverenliyinin tam bərpası və regionda sülh təşəbbüsləri fonunda bu cür bəyanatlar arxaik yanaşmaların hələ də beynəlxalq diskursda mövcud olduğunu göstərir. Halbuki reallıq artıq dəyişib: Azərbaycan Cənubi Qafqazda güc balansını dəyişmiş, BMT-nin qətnamələrini təkbaşına icra etmiş və münaqişədən sonrakı dövrdə sülhə doğru irəliləyən əsas tərəf olmuşdur. Belə olan halda, Avropa Komissiyası kimi bir qurumun rəhbərinin regionun aktual vəziyyətinə göz yumması, həm də Azərbaycanın göstərdiyi iradəni və konstruktiv mövqeni görməzdən gəlməsi ciddi narahatlıq doğurur.

    Prezident Əliyevin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan artıq hər hansı formada ikili standartlara səssiz qalmayacaq. Azərbaycan diplomatiyası nəinki cavab verir, həm də beynəlxalq platformalarda bu kimi halları prinsipial şəkildə gündəmə gətirir. İlham Əliyevin sözləri təkcə bir liderin təəccübü deyil, həm də xalqının maraqlarını qoruyan bir dövlətin siyasi mövqeyidir. O, həm diplomatik, həm də siyasi cəhətdən Avropa İttifaqına mesaj verdi: bu bölgədə köhnə yanaşmalarla mövqe tutmaq mümkün deyil.

    Bu hadisə fonunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə nə qədər çevik, prinsipial və özünəinamlı bir aktora çevrildiyini göstərdi. ADA Universitetindəki forumda onun verdiyi mesajlar, əslində, Azərbaycanın dünya nizamına münasibətinin və ədalətə əsaslanan xarici siyasətinin parlaq nümunəsi idi. Ölkəmiz qlobal sistemdə yalnız ədalətli mövqelərin bərqərar olmasını istəyir – kimliyindən asılı olmayaraq, istər böyük dövlət, istər beynəlxalq təşkilat – hər kəs reallığı qəbul etməli, tərəfsizlik prinsipinə riayət etməlidir.
    Fəxrəddin Əliyev
    Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib33 dəfə
    “Azərbaycanın Prinsipial Mövqeyi: Avropa İttifaqının Siyasi Yanaşmalarına Qarşı”

    Maraqlı gələ bilər
    52
    94
    296